Tarix:12/03/12
Belə ki, bu prosesə nəzarətin gücləndirilməsi məqsədilə artıq Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemində “İmtiyazlı aptek” altsistemi yaradılıb.
Bu altsistemə Bakı şəhərində 24 imtiyazlı aptek və onlara nəzarət edən Bakı şəhəri Baş Səhiyyə İdarəsi, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi qoşulub. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə sözügedən nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib.
Hal-hazırda Bakı şəhərində hər bir imtiyazlı qrup xəstəyə Elektron Kart hazırlanıb verilib. İnformasiya sisteminə və karta həmin xəstələrin şəxsi, dispanser qeydiyyatı və aldığı dərmanlar barədə məlumatlar qeyd edilir.
Bu məlumatları əldə etmək məqsədilə e-xidmətlər yaradılıb. Mərkəzdən bildirilib ki, bununla bağlı ötən ildən etibarən Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzində müvafiq təlimlər keçirilir. Təlimlərin məqsədi “İmtiyazlı apteklər” üçün hazırlanan Proqram Təminatı modulunda yeni imkanların yaradılması ilə bağlı dəyişikliklərin əczaçılar tərəfindən istifadəsidir. Proqram təminatındakı dəyişikliklər imtiyazlı xəstələrin qeydiyyatı və imtiyazlı apteklərin aylıq hesabatının əldə olunması ilə bağlı olub.
HƏQİQƏT
Dövlət tərəfindən dərman vasitələrinin təminatına “İmtiyazlı apteklər” nəzarət edir
Səhiyyə Nazirliyi elektron xidmətlərin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Bu işlərdən biri də dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrin (şəkərli diabet, 1-ci qrup əlil, 2-ci qrup əlil və s.) qeydiyyatı və dərman vasitələrinin paylanması ilə bağlıdır.Belə ki, bu prosesə nəzarətin gücləndirilməsi məqsədilə artıq Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemində “İmtiyazlı aptek” altsistemi yaradılıb.
Bu altsistemə Bakı şəhərində 24 imtiyazlı aptek və onlara nəzarət edən Bakı şəhəri Baş Səhiyyə İdarəsi, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi qoşulub. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə sözügedən nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib.
Hal-hazırda Bakı şəhərində hər bir imtiyazlı qrup xəstəyə Elektron Kart hazırlanıb verilib. İnformasiya sisteminə və karta həmin xəstələrin şəxsi, dispanser qeydiyyatı və aldığı dərmanlar barədə məlumatlar qeyd edilir.
Bu məlumatları əldə etmək məqsədilə e-xidmətlər yaradılıb. Mərkəzdən bildirilib ki, bununla bağlı ötən ildən etibarən Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzində müvafiq təlimlər keçirilir. Təlimlərin məqsədi “İmtiyazlı apteklər” üçün hazırlanan Proqram Təminatı modulunda yeni imkanların yaradılması ilə bağlı dəyişikliklərin əczaçılar tərəfindən istifadəsidir. Proqram təminatındakı dəyişikliklər imtiyazlı xəstələrin qeydiyyatı və imtiyazlı apteklərin aylıq hesabatının əldə olunması ilə bağlı olub.
HƏQİQƏT
Baxış sayı: 2007
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet