12px13px15px17px
Tarix:12/03/12

12 yaşlı amerikalı məktəbi “Facebook” sosial şəbəkəsinə görə məhkəməyə verib

Amerikada yerləşən məktəbin 6-cı sinif şagirdi təhsil aldığı məktəbi məhkəməyə verib. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, 12 yaşlı amerikalı qız məktəbin işçilərini onun “Facebook” hesabının şifrəsinin zorla alınmasında ittiham edib. 12 yaşlı qızın adından çıxış edən hüquq müdafiə təşkilatları, həmçinin bildiriblər ki, onların müdafiə etdiyi qıza münasibətdə Amerika konstitusiyasının bəzi bəndləri pozulub.

Məktəbli qızın “Facebook” sosial şəbəkəsindəki "divarda" yazılarına görə,  məktəb administrasiyası tərəfindən ən azı 3 dəfə cəzaya məruz qaldığı məlum olub. Həmin yazılardan birində  qız zalda növbədə durmuş və ona daim yersiz irad tutmuş yuxarı sinif şagirdi haqqında ikimənalı fikrini bildirib. İkinci cəza yazıda ədəbsiz sözdən istifadə üçün , üçüncü cəza isə  şagirdlərdən biri ilə seks haqqında yazışdığına görə verilib.

Nəticədə tərbiyəvi iş aparmaq üçün altıncı sinif şagirdini kiçik otağa aparıblar. Orada təhsil müəssisəsinin psixoloqu, şerifin nümayəndəsi  və naməlum şəxs onu töhmət ediblər və “Facebook” hesabının şifrəsini zorla  verməyə tələb ediblər,- “CNN” yazıb. Bütün bunlar isə valideynlərə xəbərdarlıq olmadan həyata keçirilib.

12 yaşlı amerikalı məktəbli qızın nümayəndələri bildiriblər ki, məktəb nümayəndələrinin hərəkətləri ABŞ-ın qanunlarının ziddinədir və bu hadisə ilə bağlı ətraflı araşdırma aparılmasını tələb ediblər. Təhsil müəssisəsinin  administrasiyası isə özünü təqsirkar hesab etmir.

Məlumat üçün bildirim ki, “Facebook” sosial şəbəkəsindən istifadə qaydalarına əsasən, ən azı 13 yaşlı istifadəçi qeydiyyatdan keçə bilər.
 
EMİL




Baxış sayı: 876

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024