12px13px15px17px
Tarix:12/03/12

“Google” korporasiyası “Apple” şirkəti ilə əməkdaşlığa görə 1 milyard dollar pul ödəyir

"Google" korporasiyası "Apple" şirkəti ilə əməkdaşlığa görə hər il təxminən 1 milyard dollar həcmində pul ödəyir. "İCTnews" elektron xəbər xidməti xəbər verir ki, bu barədə "Macquarie" tədqiqat firmasının analitiki Ben Şakter qeyd edib.

Onun sözlərinə görə, internet-nəhəng bu məbləği "Safari" veb-səyyahında axtarış sisteminin başlanğıc ayar kimi istifadəsi üçün ödəyir. Bu əməkdaşlıq nəticəsində "Google" korporasiyasının mənfəəti 1,3 milyard dollardan çox təşkil edir.

Məlumat üçün qeyd edim ki, "Apple" şirkəti "iPhoto" əlavəsində "Google Maps" xidmətinin məlumatlarından istifadə etməkdən imtina edib.

Mütəxəssislər hesab edirlər ki, "Apple" şirkəti öz məhsulları üçün daha çox müstəqillik əldə etmək istəyir və buna görə "Google" şirkətinin  xidmətlərindən tədricən imtina edir. Lakin "Macquarie" firması hesab edir ki, hələ ki "Google" şirkəti ilə əməkdaşlıqdan tamamilə imtina etmək ilk növbədə "Apple"-ın özü üçün əlverişsizdir.
 
 
EMİL




Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 May 2024

04 05 2024