12px13px15px17px
Tarix:15/03/12

“Azərbaycanda daşınmaz əmlakın Elektron Qeydiyyatı” layihəsinin təqdimatı keçiriləcək

Martın 15-də “Azərbaycanda daşınmaz əmlakın Elektron Qeydiyyatı” layihəsinin təqdimatı keçiriləcək. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

Q.Xəlilovun sözlərinə görə, təqdimatın məqsədi respublika prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə bağlı daşınmaz əmlak üzərində qeydiyyat prosesində şəffaflığın və etibarlılığın daha da artırılmasıdır.

Bundan başqa, layihə bu sahədə əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsinə start verilməsi məqsədi ilə Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində yaradılacaq Elektron Qeydiyyat İnformasiya Sisteminin mahiyyəti və təşkili barədə vətəndaşlar, dövlət qurumları, QHT-lər  arasında maarifləndirmə, agahlıq və izahat işlərinin aparılması məqsədi daşıyır.
 
HƏQİQƏT
 




Baxış sayı: 1328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024