Tarix:16/03/12
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2012-ci ildə 225 milyon “LCD” modeli istehsal ediləcək.
Analitiklər maye kristal televizor bazarında artım sürətinin azalmasını qeyd ediblər. 2011-ci ilin dördüncü rübündə “LCD TV” sektorunda tədarüklər illik hesablamada yalnız 1% artıb. Bu, bazarın “DisplaySearch” şirkəti tərəfindən monitorinq edilməsinin bütün tarixi ərzində ən aşağı artım göstəricisidir.
2011-ci ildə plazma televizor seqmentində 7% azalma qeyd olunub. Ümumilikdə televiziya bazarı 6 il ərzində ilk dəfə olaraq 0,3% azalıb, lakin televizorların sayı 247,7 milyon təşkil edib.
"2011-ci ildə televizorlara tələbatın azalması səbəbləri mürəkkəbdir. Hərçənd maye kristal televizor bazarında artım qeyd olunub, onun nəticələri proqnozlardan aşağıdır" - “NPD DisplaySearch” şirkətindən Şimali Amerikanın televizor bazarının tədqiqatı üzrə direktor Pol Qanon (Paul Gagnon) məlumat verib. "Tədarüklərin aşağı səviyyəsi həddindən artıq yüksək ehtiyatlarla bağlıdır".
EMİL
Televizor bazarında artım sürəti zəifdir
2011-ci ildə maye kristal televizor tədarükləri 205 milyon təşkil edib. Bu nəticə keçən ilin göstəricisini 7% ötür. Bu barədə “NPD DisplaySearch” analitiklərinin tədqiqat hesabatında qeyd olunub.“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2012-ci ildə 225 milyon “LCD” modeli istehsal ediləcək.
Analitiklər maye kristal televizor bazarında artım sürətinin azalmasını qeyd ediblər. 2011-ci ilin dördüncü rübündə “LCD TV” sektorunda tədarüklər illik hesablamada yalnız 1% artıb. Bu, bazarın “DisplaySearch” şirkəti tərəfindən monitorinq edilməsinin bütün tarixi ərzində ən aşağı artım göstəricisidir.
2011-ci ildə plazma televizor seqmentində 7% azalma qeyd olunub. Ümumilikdə televiziya bazarı 6 il ərzində ilk dəfə olaraq 0,3% azalıb, lakin televizorların sayı 247,7 milyon təşkil edib.
"2011-ci ildə televizorlara tələbatın azalması səbəbləri mürəkkəbdir. Hərçənd maye kristal televizor bazarında artım qeyd olunub, onun nəticələri proqnozlardan aşağıdır" - “NPD DisplaySearch” şirkətindən Şimali Amerikanın televizor bazarının tədqiqatı üzrə direktor Pol Qanon (Paul Gagnon) məlumat verib. "Tədarüklərin aşağı səviyyəsi həddindən artıq yüksək ehtiyatlarla bağlıdır".
EMİL
Baxış sayı: 1010
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet