12px13px15px17px
Tarix:17/03/12

“Azerfon” şəbəkəsi Bakı Metropoliteninin bütün stansiyalarını əhatə edəcək

2012-ci ildə “Azerfon” şəbəkəsi Bakı Metropoliteninin bütün stansiyalarını əhatə edəcək. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə şirkətin Korporativ əlaqələr departamentinin rəhbəri Elşad Fərzəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda "Azerfon" rabitəsi ilə Bakı Metropoliteninin bir çox stansiyalarında əlaqə yaratmaq mümkündür. Əlaqə xarici qurğular vasitəsilə verilir. 2012-ci ildə şirkət keyfiyyətli səviyyədə rabitə xidməti göstərən daxili qurğulardan istifadə etmək niyyətindədir.

"Azerfon" MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində başlayıb. "Azerfon" şəbəkəsi Azərbaycan Respublikasının bütün ərazilərini əhatə edir.




Baxış sayı: 1154

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024