Tarix:19/03/12
Lakin tezliklə “Google” şirkətindən başa düşdülər ki, məlumat mərkəzlərinin soyudulması üçün istifadə edilən su heç də içməli keyfiyyətli olmalı deyil. “Google” şirkətindən bildiriblər ki, hazrda Corciyada yerləşən məlumat mərkəzi şəhər kanalizasiyası sisteminə verilən resirkulyasiya edilən su sisteminə keçib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, "sakinlər duş qəbul etdikdə və ya suyu unitaza tökdükdə onlar bizim məlumat mərkəzinin soyudulmasına kömək edirlər" – məlumat mərkəzində çalışan nümayəndələrdən biri olan Co Kava qeyd edib. Onun sözlərinə görə, “Google” şirkəti resirkulyasiya edilən sudan istifadə etməklə məlumat mərkəzinin soyudulması üçün lazımi xərcləri əhəmiyyətli dərəcədə azaldır.
"Biz pula qənaət edirik, lakin indiki halda pul əsas məqsəd deyil. Əsas məqsəd bizim ətraf mühitin müdafiəsi planı üzrə məsuliyyətimiz ilə bağlıdır” – o qeyd edib.
EMİL
“Google” şirkətinin məlumat mərkəzi kanalizasiya suyu ilə soyudulur
“Google” şirkəti Corciya ştatının qərb hissəsində yerləşən məlumat mərkəzinin soyudulması üçün tualet suyundan istifadə edir. Məlumat üçün bildirim ki, “Google” korporasiyası Corciya ştatında məlumat mərkəzini 2007-ci ildə açıb və o, ilk əvvəllər şəhər sakinlərinin evlərindəki kranlara gələn su kəməri suyu ilə soyudulurdu.Lakin tezliklə “Google” şirkətindən başa düşdülər ki, məlumat mərkəzlərinin soyudulması üçün istifadə edilən su heç də içməli keyfiyyətli olmalı deyil. “Google” şirkətindən bildiriblər ki, hazrda Corciyada yerləşən məlumat mərkəzi şəhər kanalizasiyası sisteminə verilən resirkulyasiya edilən su sisteminə keçib.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, "sakinlər duş qəbul etdikdə və ya suyu unitaza tökdükdə onlar bizim məlumat mərkəzinin soyudulmasına kömək edirlər" – məlumat mərkəzində çalışan nümayəndələrdən biri olan Co Kava qeyd edib. Onun sözlərinə görə, “Google” şirkəti resirkulyasiya edilən sudan istifadə etməklə məlumat mərkəzinin soyudulması üçün lazımi xərcləri əhəmiyyətli dərəcədə azaldır.
"Biz pula qənaət edirik, lakin indiki halda pul əsas məqsəd deyil. Əsas məqsəd bizim ətraf mühitin müdafiəsi planı üzrə məsuliyyətimiz ilə bağlıdır” – o qeyd edib.
EMİL
Baxış sayı: 622
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı