Tarix:19/03/12
Məlumatda qeyd edilir ki, Azərbaycan 2012-ci ilin sonunda ilk peykini orbitə buraxmağı planlaşdırır. "2011-ci ildə Elektron hökumət” quruculuğu üzrə işlər uğurla həyata keçirilib, həmçinin “Elektron imza”nın tətbiqinə başlanılıb. Ölkədə internet istifadəçilərinin sıxlığı 65 faiz təşkil edib ki bu da, orta dünya göstəricisindən 2 dəfə çoxdur. Biz 2012-ci ilin sonunda artıq ilk peyki orbitə buraxa biləcəyik" – deyə Artur Rəsizadənin nitqindən sitat gətirilir.
Daha sonra saytda qeyd edilir ki, 2010-cu ilin noyabrında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Arianespace” şirkəti “Azerspace” adlı ilk telekommunikasiya peykinin orbitə çıxarılması üzrə saziş imzalayıb. Sazişin dəyəri 93 milyon dollar təşkil edir. “Arianespace” şirkəti “Ariane-5” raket-daşıyıcısının istehsalı, istismarı və marketinqini həyata keçirir.
“Azerspace” peykinin istehsalçısı rolunda Amerikanın “Orbital Sciences Corporation” şirkəti çıxış edir və peykin yerləşəcəyi orbital mövqe Malayziyanın “MEASAT” peyk operatorundan icarəyə götürülüb.
EMİL
Rusiya saytı “Azərbaycanın peyki”ndən yazdı
Rusiyanın “Cybersecurity.ru” saytı Azərbaycanın ilk süni peykinin orbitə buraxılması ilə bağlı məlumat yayıb. “İCTnews” elektron xəbər xidməti xəbər verir ki, məlumat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti üzrə illik hesabatına dair Baş nazir Artur Rəsizadənin çıxışı əsasında hazırlanıb.Məlumatda qeyd edilir ki, Azərbaycan 2012-ci ilin sonunda ilk peykini orbitə buraxmağı planlaşdırır. "2011-ci ildə Elektron hökumət” quruculuğu üzrə işlər uğurla həyata keçirilib, həmçinin “Elektron imza”nın tətbiqinə başlanılıb. Ölkədə internet istifadəçilərinin sıxlığı 65 faiz təşkil edib ki bu da, orta dünya göstəricisindən 2 dəfə çoxdur. Biz 2012-ci ilin sonunda artıq ilk peyki orbitə buraxa biləcəyik" – deyə Artur Rəsizadənin nitqindən sitat gətirilir.
Daha sonra saytda qeyd edilir ki, 2010-cu ilin noyabrında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Arianespace” şirkəti “Azerspace” adlı ilk telekommunikasiya peykinin orbitə çıxarılması üzrə saziş imzalayıb. Sazişin dəyəri 93 milyon dollar təşkil edir. “Arianespace” şirkəti “Ariane-5” raket-daşıyıcısının istehsalı, istismarı və marketinqini həyata keçirir.
“Azerspace” peykinin istehsalçısı rolunda Amerikanın “Orbital Sciences Corporation” şirkəti çıxış edir və peykin yerləşəcəyi orbital mövqe Malayziyanın “MEASAT” peyk operatorundan icarəyə götürülüb.
EMİL
Baxış sayı: 1347
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet