12px13px15px17px
Tarix:05/07/11

Mətbuat xidmətlərinin İKT-nin ən yeni metodlarının tətbiqində rolu

İyulun 9-10-da Qubada Azərbaycan Mətbuat Şurasının Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsi çərçivəsində mətbuat xidmətləri təmsilçilərinə ilk treninq-məşğələ keçiriləcək. MŞ-nin Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsindən məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaqdan, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirməkdən, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir.
Tədbirə Xızı, Siyəzən, Şabran, Qusar və Xaçmaz rayonlarının yerli hakimiyyət orqanlarının mətbuat xidmətləri təmsilçiləri qatılacaqlar. Treninq-məşğələdə, həmçinin nazirlik və dövlət komitələrinin mətbuat xidməti və ictimaiyyətlə əlaqə bölmələri rəhbərlərinin iştirakı da nəzərdə tutulur. Qeyd edək ki, layihə çərçivəsində ikinci treninq-məşğələnin iyul ayının 30-31-də Tərtər rayonunda təşkili planlaşdırılır.



Baxış sayı: 1202

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024