12px13px15px17px
Tarix:27/03/12

“Firefox”dan “Windows”a zərbə

Populyar “Firefox” veb-səyyahının tərtibatçıları bildiriblər ki, proqramın növbəti versiyası “Windows 2000”, həmçinin “Windows XP RTM” və “XP SP1” əməliyyat sistemlərində işləməyəcək.

"Bunun nəticəsində “Windows” əməliyyat sistemində veb-səyyahın məhsuldarlığı əhəmiyyətli dərəcədə artacaq" - layihənin rəsmi bloqunda bildirilib. Şirkət qeyd edib ki, köhnəlmiş əməliyyat sistemlərinin dəstəklənməsi proqramın inkişafını güclü şəkildə tormozlayır.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, müasir hazırlama üsullarından  istifadə edilmənin qeyri-mümkünlüyü veb-səyyahın daha az effektiv işləməsinə səbəb olur, onun işləmə sürəti azalır. Məlumat üçün bildirim ki, hazırda “Microsoft” korporasiyası rəsmən yalnız “Windows XP SP3” istifadəçilərinə dəstək göstərir.

Qeyd edim ki, “Mozilla” cəmiyyəti aprelin 24-də “Firefox 3.6” veb-səyyahının  dəstəklənməsini tamamilə dayandıracaq. Həmçinin həmin gün “Firefox 12” veb-səyyahı istifadəyə veriləcək.
 
EMİL
 




Baxış sayı: 960

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024