12px13px15px17px
Tarix:28/03/12

Ağrı hiss etdirməyən şpris

İynə vurulan zaman ağrı hiss etdirməyən şpris icad edilib. Şprisi britaniyalı tibb fakültəsinin tələbəsi Oliver Blekuel ixtira edib. Mexanizmin sirri eyni anda iki iynədən istifadə edilməsindədir.

Adi iynə ilə olan peyvənddən əvvəl, bədənə kiçik diametrə malik iynə ilə mikrodozada (0,2 ml) ani təsir edən keyləşdirici vurulur. Nəticədə pasient vurulan iynə zamanı heç bir ağrı hiss etmir.
 
Tələbənin sözlərinə görə, onun kəşfi insanlara iynələrlə daha rahat müalicə edilməyə imkan verəcək. Bu yeniliyin qiyməti isə adi bir iynəli şprislərdən az fərqlənəcək.
 




Baxış sayı: 2889

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024