12px13px15px17px
Tarix:29/03/12

Fərdi birdəfəlik ödəmələrin hesablanması üçün onlayn kalkulyator xidməti istifadəyə verilib

Məlum olduğu kimi, 2012-ci il  14 mart tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Fərman imzalayıb.

  Fərdi birdəfəlik ödəmələrin hesablanması Fərmanla təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”nda göstərilib.

Bununla yanaşı, əmanətçilərə yardım etmək və şəffaflığı təmin etmək  məqsədilə Maliyyə Nazirliyinin və “Kapital Bank” ASC-nin internet səhifələrində onlayn kalkulyator xidməti yaradılıb. Belə ki, əmanətçilər həmin xidmət vasitəsilə  əmanət qalıqlarını daxil etməklə alacaqları məbləğləri hesablamaq imkanı əldə ediblər.


CAHANGİR




Baxış sayı: 2594

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024