12px13px15px17px
Tarix:29/03/12

Dünyanın ən böyük “OLED” televizorunun qiyməti 8000 dollardı

“LG” şirkətinin “OLED” texnologiyası əsasında hazırlanmış 55 düymlü televizorunun qiyməti 9 milyon von və ya 7900 dollar təşkil edəcək.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, “LG” şirkəti televizoru rəsmi şəkildə “Kann” kino festivalında təqdim edəcək. Məlumat üçün bildirim ki, “Kann” kino festivalı Fransada mayın 16-27-si tarixlərində keçiriləcək. Şirkət nümayəndələri hələ ki bu informasiyanı təsdiq etməyiblər.

“LG” şirkəti televizoru əvvəlcə 2012-ci ilin ikinci yarısında istehsal etməyi planlaşdırırdı, lakin qərarını sonradan dəyişdirdi. Artıq qurğu satışa yay Olimpiadasına qədər çıxarılacaq. O zaman qurğuya daha çox tələbat olacağı güman edilir.

Məlumat üçün bildirim ki, “LG” şirkəti “OLED” texnologiyası əsasında hazırlanan televizoru 2012-ci ilin yanvarında keçirilmiş “CES 2012” sərgisində təqdim etmişdi. Qurğu “OLED” texnologiya ilə hazırlanan televizorlar arasında ən böyük ekrana malikdir.
 
EMİL
 




Baxış sayı: 1216

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024