12px13px15px17px
Tarix:31/03/12

“Android” platforması nə qədər mənfəət gətirir?

“Google” şirkəti “Android” əməliyyat sistemi ilə işləyən qurğu satışlarından əldə olunmuş mənfəəti açıqlayıb. 2008-2011-ci illərdə bu məbləğ 550 milyon dollar (il ərzində hər aparatdan təxminən 10 dollar) təşkil edib. Bu informasiya “Google” və “Oracle” şirkətləri arasında aparılan məhkəmə təhqiqatında açıqlanıb.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, “The Guardian” nəşrinin hesablamalarına görə, “Google Search” və “Google Maps” xidmətlərinin “iOS” əməliyyat sistemi ilə işləyən qurğular üçün yaradılmış əlavələri sayəsində internet-nəhəng həmin müddət ərzində “Android” aparatlar ilə müqayisədə təxminən 4 dəfə daha çox mənfəət qazanıb.

Korporasiya isə “Android” əməliyyat sistemi ilə işləyən qurğulardan əldə edilmiş mənfəət haqqında informasiyanı məxfi saxlamağa çalışır. Şirkət, həmçinin “The Guardian” nəşrinin məlumatlarını şərh etməkdən imtina edib.


 
EMİL




Baxış sayı: 1710

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 Oktyabr 2024

08 10 2024