12px13px15px17px
Tarix:02/04/12

Azərbaycanın internet seqmentinin 895 min istifadəçisi mail.ru portalına daxil olur

Azərbaycan mail.ru portalına baxılmaların sayına görə 8-ci yeri tutur. Bu barədə şirkətin şənbə günü yaydığı məlumatda deyilir.

5-11 mart dövründə mail.ru portalına Azərbaycanın internet seqmentinin 895 min istifadəçisi baxıb.
Bu göstərici üzrə Azərbaycan Özbəkistan (751 min), Moldova (681 min), Ermənistan (587 min), Gürcüstan (514 min), Qırğızıstan (449 min), Estoniya (280 min), Latviya (265 min), Litva (188 min), Tacikistan (167 min) və Türkmənistanı (60 min) qabaqlayır.

mail.ru-nun poçt akkauntuna baxılmaların sayına görə Azərbaycan 795 min baxılma ilə yeddinci yeri tutur.
"Novosti" layihəsinə baxılmaların sayına görə Azərbaycan 88 min girişlə Rusiyadan (7,763 milyon), Ukraynadan (1,396 milyon),Qazaxıstandan (881 min), Belarusdan (492 min), ABŞ-dan (189 min), Polşadan (187 min), Almaniyadan (157 min) və Moldovadan (110 min) geri qalır.
 




Baxış sayı: 1103

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Oktyabr 2021

27 10 2021