12px13px15px17px
Tarix:02/04/12

“iPad”-ın rəqibi məlum oldu

1983-1993-cü illərdə "Apple" şirkətinin icraçı direktoru vəzifəsini tutmuş Con Skalli yalnız "Samsung Galaxy Tab" planşetini "iPad"-ın əsl rəqibi hesab edir. "İCTnews" elektron xəbər xidməti bildirir ki, Amerika korporasiyasının sabiq rəhbərinin sözlərinə görə, vəziyyət hər an dəyişə bilər. Lakin o hesab edir ki,  "Apple" şirkətinin sahəyə nəzarət edə bilən güclü rəhbərliyi  var.

"The Economic Times"-a verdiyi müsahibəsində Con Skalli, həmçinin bildirib ki, "Nokia" və "Microsoft" şirkətləri smartfon bazarında böyük gücə çevrilə  bilərlər. O qeyd edib ki, şirkətlər ucuz "ağıllı telefon" seqmentini ələ keçirmək imkanına malikdirlər.

Məlumat üçün  bildirim ki, Con Skalli bir müddət "Pepsi" korporasiyasına  rəhbərlik edib. 1983-cü ildə isə Stiv Cobs onu "Apple" şirkətinə dəvət edib. Lakin tezliklə, onlar arasında ciddi fikir ayrılıqları yaranıb və nəticədə Stiv Cobs "Apple" şirkətini tərk etməli olub. Con Skalli rəhbərlik etdiyi dövrü ikimənalı  qiymətləndirirlər. Lakin nəzərə almaq lazımdır ki, məhz o, korporasiyanın əsas diqqəti məhsula deyil, marketinqə ayırması strategiyasının müəllifidir.
 


EMİL




Baxış sayı: 1234

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024