12px13px15px17px
Tarix:02/04/12

Adi həyat üçün qeyri-adi telefon - “Nokia Lumia 800”

“Windows Phone” sistemli “Nokia Lumia” telefonu dəbli dizaynla yanaşı, dəbli proqram təminatına malikdir. Sensor ekranlı bu parlaq telefon yalnız gözəlliyi ilə fərqlənmir, eyni zamanda sizin üçün vacib olan hər bir işlə məşğul olmağa imkan verir. “Nokia Lumia” telefonları əldə rahat tutulan korpusa malikdir.

Telefondan küçədə və ya yolda belə istifadə etdiyiniz zaman “ClearBlack” texnologiyası ekranın xüsusi parlaqlığını və görüntünün yüksək keyfiyyətini təmin edir.

“Windows Phone” platformalı “Nokia” telefonlarının konsepsiyasının əsasını insanlar təşkil edir. Lazımi funksiyaların hamısı istifadəyə hazırdır: sosial şəbəkələrə daxil olmaq üçün xüsusi proqram əlavələrini işə salmaq lazım gəlməyəcək. “Facebook”un, “Twitter”in və “LinkedIn”in son variantları birbaşa iş masasında açılır.

Hələ bu harasıdır?! Dostlarla, qohumlarla asan əlaqə yaratmaq üçün onları baş ekranda qeyd etmək olar. “Facebook” sosial şəbəkəsində çatın və SMS-in inteqrasiyası söhbətinizi həmişə sizin üçün ən rahat tərzdə davam etdirmək imkanı verəcək. Bundan əlavə çəkdiyiniz şəkilləri bir neçə saniyə ərzində “Facebook”a ötürə bilərsiniz.

“Nokia Lumia” telefonları bir sıra funksiyalara malikdir ki, bunların sayəsində həyat daha rahat və daha maraqlı olur. “Nokia” naviqatoru və “Nokia” xəritələri hər yerdə özünüzü inamlı hiss etmək üçün mobil naviqasiya sistemi və ətraflı məlumat təklif edir. İnternetə daxil olmaq üçün “İnternet Explorer 9” nişanına basın, yüksəksürətli brauzerı işə salın və istədiyiniz sayta daxil olun.

Geniş əyləncə dünyasına daxil olmaq üçün isə bircə düyməni basmaq kifayətdir. “Nokia Musiqi” və “Mix Radio” sizə geniş mahnı seçimi təklif edir. “Marketplace” və “Xbox Live” bölməsində çoxlu sayda proqram əlavəsi, videofilm və oyun tapa biləcəksiniz.
“Nokia Lumia” ilə hər günə heyran ol!
 
 
 




Baxış sayı: 1788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Aprel 2024

29 04 2024