12px13px15px17px
Tarix:04/04/12

Gəncədə məktəblilər arasında alternativ enerji mənbələri barədə əyani təsəvvür formalaşdırılır

Gəncədə məktəblilər arasında alternativ enerji mənbələri barədə əyani təsəvvür yaratmaq və bu mənbələrdən istifadəni reallaşdırmaq məqsədi ilə yeni layihə həyata keçirilir. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə məlumatı layihənin rəhbəri İrşad Abbasov verib.

Onun sözlərinə görə, layihə çərçivəsində pilot olaraq Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbin damında günəş batareyaları quraşdırılıb. Günəş batareyası gün ərzində 1.5 kilovolt gücündə elektrik enerjisi verir. Məktəbin isti su ilə təminatı üçün bir ton tutumlu su isitmə qabiliyyətinə malik günəşlə işləyən qurğu da quraşdırılıb. Alınan elektrik isə kompyuter otağındakı və avadanlıqları elektrik enerjisi ilə tam təmin edir.

İ.Abbasovun sözlərinə görə, Gəncə uşaq evində də bu layihə həyata keçiriləcək. Orada da günəş batareyası və qızdırıcı su qurğusu quraşdırılacaq.

Qeyd edək ki, "Eko-Renesans" İctimai Birliyinin həyata keçirdiyi "Enerji effektli nümunəvi məktəb layihəsi" Lixtenşteyn dövlətinin maliyyə dəstəyi ilə həyata keçirilir.


RƏVAN
 




Baxış sayı: 1048

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024