Tarix:05/04/12
«Teleradio» İstehsalat Birliyinin texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyevanın "İCTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, qısa zamanda quraşdırılmasına başlanılan studiyanın universitetin "Televiziya və radio sistemləri" kafedrasının nəzarəti ilə fəaliyyət göstərməsi nəzərdə tutulur. 24 m2 sahəsi olan ikikameralı studiya səs və küydən izolə edilib. Studiyada quraşdırılmış "SONY" firmasının istehsalı olan iki ədəd professional "HVR-HD 1000E" kamera həm stasionar, həm də mobil istifadə oluna bilər.
Çəkilmiş materiallarda montaj işlərinin aparılması və eyni zamanda canlı yayım üçün hazırlanan materialların studiyadan birbaşa yayımlanması üçün texniki imkan vardır. "DSC-700" və "Xenix 1832FX" tipli video və audio mixerlərin, "DVCAM SONY DSR" maqnitofonun, "SONY DVD" pleyerin, monitorların və "HP" studio iş yerinin köməyi ilə istənilən video və audio materialların real vaxt rejimində hazırlanması mümkündür.
Studiyadan canlı olaraq müzakirələr, diskussiyalar, mühazirələr və laboratoriya işləri universitet və ətraf ərazilərə mövcud TV vericisi ilə yayımlana bilər. Nəticədə bu yayımı Texniki Universitetlə yanaşı, İnşaat Mühəndisləri Universiteti, BDU, Elmlər Akademiyasının institutları qəbul edə bilərlər. Studiyanın məqsədi Texniki Universitetin elmi-kütləvi tədbirlərini işıqlandırmaqla yanaşı, bu sahədə təhsil alan tələbələrin praktiki bilik səviyyəsini artırmaq, eləcə də digər ali təhsil müəssisələrinin bu sahədə çalışan mütəxəssislərini televiziya texnologiyaları üzrə olan yeniliklərlə tanış etməkdir.
RƏVAN
Azərbaycan Texniki Universitetində televiziya studiyası yaradılıb
Azərbaycan Texniki Universitetində yeni televiziya studiyası istismara verilib. Studiyanın yaradılması təşəbbüsü rektor, professor Havar Məmmədov tərəfindən təklif edilmiş və qısa müddət ərzində «Televiziya və radiosistemlər» kafedrasının müdiri, professor Ağarəhim Rəhimov, "Azteleradio"nun ilk rəhbəri vəzifəsində işləmiş professor Çingiz Əfəndiyev və «Teleradio» İstehsalat Birliyinin direktoru Əflatun Şərifov, texniki direktor Mikayıl Abbasovun yaxından köməyi nəticəsində müasir standartlara cavab verən studiya quraşdırılıb.«Teleradio» İstehsalat Birliyinin texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyevanın "İCTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, qısa zamanda quraşdırılmasına başlanılan studiyanın universitetin "Televiziya və radio sistemləri" kafedrasının nəzarəti ilə fəaliyyət göstərməsi nəzərdə tutulur. 24 m2 sahəsi olan ikikameralı studiya səs və küydən izolə edilib. Studiyada quraşdırılmış "SONY" firmasının istehsalı olan iki ədəd professional "HVR-HD 1000E" kamera həm stasionar, həm də mobil istifadə oluna bilər.
Çəkilmiş materiallarda montaj işlərinin aparılması və eyni zamanda canlı yayım üçün hazırlanan materialların studiyadan birbaşa yayımlanması üçün texniki imkan vardır. "DSC-700" və "Xenix 1832FX" tipli video və audio mixerlərin, "DVCAM SONY DSR" maqnitofonun, "SONY DVD" pleyerin, monitorların və "HP" studio iş yerinin köməyi ilə istənilən video və audio materialların real vaxt rejimində hazırlanması mümkündür.
Studiyadan canlı olaraq müzakirələr, diskussiyalar, mühazirələr və laboratoriya işləri universitet və ətraf ərazilərə mövcud TV vericisi ilə yayımlana bilər. Nəticədə bu yayımı Texniki Universitetlə yanaşı, İnşaat Mühəndisləri Universiteti, BDU, Elmlər Akademiyasının institutları qəbul edə bilərlər. Studiyanın məqsədi Texniki Universitetin elmi-kütləvi tədbirlərini işıqlandırmaqla yanaşı, bu sahədə təhsil alan tələbələrin praktiki bilik səviyyəsini artırmaq, eləcə də digər ali təhsil müəssisələrinin bu sahədə çalışan mütəxəssislərini televiziya texnologiyaları üzrə olan yeniliklərlə tanış etməkdir.
RƏVAN
Baxış sayı: 1324
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet