12px13px15px17px
Tarix:05/04/12

“Nokia” artıq Finlandiyanın ən bahalı şirkəti deyil

2007-ci ildə "Nokia" şirkəti təxminən 146 milyard dollar həcmində  qiymətləndirilirdi. Lakin 5 ildən sonra şirkətin dəyəri əhəmiyyətli dərəcədə aşağı düşüb. Belə ki,  hazırda "Nokia"nın qiyməti  20 milyard dollardan azdır.

"İCTnews" elektron xəbər xidməti bildirir ki,  Finlandiyanın ən bahalı şirkətlərinin reytinqində "Nokia" şirkəti ikinci yerdə qərarlaşıb. Birinci yerdə 21 milyard dollarla "Fortum" energetika şirkətidir.

Bəzi mütəxəssislərin fikrincə, hazırda "Nokia" şirkətinin vəziyyəti heç də yaxşı deyil və onun bazar qiyməti yenə də azala bilər.

Məlumat üçün bildirim ki, 2011-ci ildə "Nokia" şirkəti "Microsoft" korporasiyası ilə əməkdaşlıq haqqında saziş imzalamaqla əvvəlki mövqeyini geri qaytarmağa və ya heç olmasa acınacaqlı vəziyyəti düzəltməyə təşəbbüs göstərdi. Lakin yeni strategiya nəticəsində hələ ki heç bir nəticə əldə olunmayıb. 2011-ci maliyyə ilində şirkətin zərəri 1,4 milyard dollar təşkil edib.


 
EMİL
 




Baxış sayı: 1512

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024