12px13px15px17px
Tarix:06/04/12

“Rabitə” yenə qalib gəldi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqası yarışlarının final mərhələsinin ilk turu keçirilib.
Həlledici mərhələnin ilk görüşündə ölkə çempionu “Rabitə Bakı” və Çellenc Kuboku yarışlarının qalibi “Lokomotiv” qarşılaşıb. Görüş “Rabitə Bakı”nın 3:0 (25:10, 25:18, 25:16) hesablı qələbəsi ilə başa çatıb.

Günün ikinci oyununda isə “Azərreyl” Çellenc Kuboku yarışlarının gümüş mükafatçısı “Bakı”nı qəbul edib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda “Azərreyl” rəqibini 3:0  (25:23, 25:16, 25:19) hesabı ilə məğlubiyyətə uğradıb.Bu turda finalın 5-ci iştirakçısı “İqtisadçı” istirahət edib.
 
                                                 
 




Baxış sayı: 1188

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024