12px13px15px17px
Tarix:09/04/12

Azərbaycan Marketinq Cəmiyyəti: “Əhalinin 28 faizi elektron kommersiyadan istifadə edir”

Əhalinin 28 faizi mal və xidmətləri internet şəbəkəsi ilə əldə etməyə üstünlük verir. Azərbaycan Marketinq Cəmiyyətinin (AMC) apardığı araşdırmada belə bəlli olub.

Məlum olub ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti (72 faiz) malları ənənəvi üsulla almağa üstünlük verir.
Azərbaycanda rəyi soruşulan respondentlərin 26 faizi elektron mağazalara etibar etmədiklərini bildirib.

Rəyi soruşulanların 15 faizinin plastik kartı, 8 faizinin isə mal və xidmətlərin internet vasitəsilə əldə edilməsi bacarıqları yoxdur.Respondentlərin iki faizi internet vasitəsilə malların alınması zamanı probemlərlə üzləşib.
 




Baxış sayı: 904

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024