12px13px15px17px
Tarix:09/04/12

SMS-lə gedişhaqqı ödəyənlərin sayı azdır

Bakı Metropoliteni ilə "Mobisky" şirkətinin birgə həyata keçirdiyi gedişhaqqının SMS-lə ödənilməsi layihəsindən istifadə edənlərin sayı o qədər də çox deyil. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bildirib. Onun sözlərinə görə, bu xidmətdən istifadə edənlərin sayı az olduğundan onun genişləndirilməsi təxirə salınıb.

Yalnız  "Azercell" simsiz rabitə operatorunun abonentlərinin istifadə edə biləcəyi bu xidmət metropolitenin bir necə stansiyasında tətbiq edilib. "Azercell" şəbəkəsinin abonentləri gedişin ödəniş imkanı üçün bir gedişə görə 9901, üç gedişə görə 9903, beş gedişə görə 9905 nömrələrinə boş SMS göndərməlidirlər.

SMS göndərildikdən sonra ştrix-kodların yüklənməsi üçün abonentin qurğusuna dərhal yüklənən link daxil olur. Bundan sonra ştrix-kod istifadə üçün aktiv olur. Sərnişin turniketə yaxınlaşarkən telefonun ekranında aldığı ştrix-kodu açır və telefonu hesablayıcı qurğuya yaxınlaşdıraraq metropolitendə gedişi ödəmiş olur.
 




Baxış sayı: 998

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024