Tarix:10/04/12
Sistem bir müddətlik sınaqdan keçiriləcək. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məsələ ilə bağlı danışarkən deyib ki, bu il ərzində elektron qeydiyyatın aparılması üçün proqram təminatının hazırlanması və tətbiqi nəzərdə tutulur: «Elektron qeydiyyat sistemi bu il ilk olaraq, Bakıda pilot seçilmiş bir neçə poliklinikada tətbiq ediləcək. Elektron qeydiyyat sistemi yalnız dövlət ambulator tibbi müəssisələrini əhatə edəcək.
Elektron qeydiyyat tətbiq edildikdən sonra pasiyent internetlə həkimin qəbuluna yazılacaq və növbəsini müəyyənləşdirəcək. Bunun da nəticəsində pasiyent əvvəlcədən müəyyən edilmiş vaxtda həkimin qəbuluna gələcək və öz növbəsində - gözləmədən qəbula girəcək».
Elektron qeydiyyat vasitəsi ilə pasiyentin həkimlərin hansı xəstəxanada çalışdığını öyrənə biləcəyini söyləyən C.Əsədzadənin sözlərinə görə, üstəlik, həkimlərin qəbul vaxtlarını da müəyyənləşdirmək olacaq: «Bu məlumat olduqdan sonra pasiyent istədiyi həkimi seçəcək və qəbul tarixini həkimin qrafikinə uyğun olaraq müəyyən edəcək.
Elektron qeydiyyatın aparılması üçün pasiyentlərdən əlavə avadanlıq və kart tələb edilməyəcək. Onlar, sadəcə, internet vasitəsilə sayt üzərindən qeydiyyata yazıla biləcəklər. Elektron qeydiyyatın nazirlik tərəfindən mərkəzləşdirilmiş sayt vasitəsilə həyata keçiriləcəyi gözlənilir».
SEYMUR
İnternet vasitəsi ilə həkim qəbuluna düşmək olacaq
Bundan sonra həkim qəbuluna elektron qaydada da düşmək olacaq. “İCTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycanda həkim müayinəsinə getmək istəyən şəxslər elektron yolla qəbula yazıla biləcəklər. Lakin bu sistem hələlik bütün poliklinikalarda və xəstəxanalarda tətbiq olunmayacaq.Sistem bir müddətlik sınaqdan keçiriləcək. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə məsələ ilə bağlı danışarkən deyib ki, bu il ərzində elektron qeydiyyatın aparılması üçün proqram təminatının hazırlanması və tətbiqi nəzərdə tutulur: «Elektron qeydiyyat sistemi bu il ilk olaraq, Bakıda pilot seçilmiş bir neçə poliklinikada tətbiq ediləcək. Elektron qeydiyyat sistemi yalnız dövlət ambulator tibbi müəssisələrini əhatə edəcək.
Elektron qeydiyyat tətbiq edildikdən sonra pasiyent internetlə həkimin qəbuluna yazılacaq və növbəsini müəyyənləşdirəcək. Bunun da nəticəsində pasiyent əvvəlcədən müəyyən edilmiş vaxtda həkimin qəbuluna gələcək və öz növbəsində - gözləmədən qəbula girəcək».
Elektron qeydiyyat vasitəsi ilə pasiyentin həkimlərin hansı xəstəxanada çalışdığını öyrənə biləcəyini söyləyən C.Əsədzadənin sözlərinə görə, üstəlik, həkimlərin qəbul vaxtlarını da müəyyənləşdirmək olacaq: «Bu məlumat olduqdan sonra pasiyent istədiyi həkimi seçəcək və qəbul tarixini həkimin qrafikinə uyğun olaraq müəyyən edəcək.
Elektron qeydiyyatın aparılması üçün pasiyentlərdən əlavə avadanlıq və kart tələb edilməyəcək. Onlar, sadəcə, internet vasitəsilə sayt üzərindən qeydiyyata yazıla biləcəklər. Elektron qeydiyyatın nazirlik tərəfindən mərkəzləşdirilmiş sayt vasitəsilə həyata keçiriləcəyi gözlənilir».
SEYMUR
Baxış sayı: 1296
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı