12px13px15px17px
Tarix:10/04/12

“Microsoft” “Windows Vista”dan imtina etdi

"Microsoft" korporasiyası çərşənbə axşamı "Windows Vista" əməliyyat sisteminin dəstəklənməsini dayandıracaq. Bu barədə şirkətin saytında məlumat verilib.

"İCTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, 1 gün əvvəl, həmçinin "Office 2007" ofis əlavələri paketinin dəstəklənməsi dayandırılıb.

Bundan sonra bu məhsulların istifadəçiləri yalnız proqramların təhlükəsizliyi ilə bağlı ciddi problemləri aradan qaldıran yeniləmələri pulsuz yükləyə biləcəklər. "Microsoft" korporasiyası digər yeniləmələr də buraxa bilər, lakin onları yalnız dəstəklənməyə dair pullu müqavilə bağlamış şirkətlər yükləyə biləcəklər.

Məlumat üçün bildirim ki, "Vista" əməliyyat sisteminin final versiyası 2007-ci ilin əvvəlində buraxılıb. "Vista" əməliyyat sistemi heç vaxt "Windows XP" müqayisə oluna biləcək populyarlıq qazanmadı.

"StatCounter" saytının statistikasına əsasən, 2012-ci ilin martında "Windows Vista" əməliyyat sisteminin bazar payı təxminən 9,1% təşkil edib. Müqayisə üçün: "Windows 7" əməliyyat sisteminin payı 46.5%-ə bərabər olub.


EMİL




Baxış sayı: 1551

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024