Tarix:11/04/12
Nazirlikdən bildirilib ki, respublikada sahibkarlığın inkişafı üzrə aparılan məqsədyönlü islahatların davamı olaraq, bu sahədə yoxlamaların nizama salınmasına və istehlakçıların hüquqlarının qorunmasına dair tədbirlər ölkə başçısının 2010-cu il 13 aprel və 2011-ci il 15 fevral tarixli fərmanları ilə müəyyən edilib.
Həmin fərmanlara əsasən, aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi və şəffaflığın təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatların əldə edilməsini mümkün edən vahid məlumat reyestrinin aparılması həvalə olunub, reyestrin forması və aparılması qaydası haqqında Əsasnamə təsdiqlənib: "Qeyd olunan məsələlər Ədliyyə Nazirliyinin kollegiya iclaslarında geniş müzakirə edilərək qarşıda duran vəzifələrin icrası üzrə kompleks tədbirlər müəyyənləşib.
Reyestrin formalaşdırılmasını, aparılmasını, istifadəsini və orada saxlanılan məlumatların mühafizəsini təmin edən qeydiyyat informasiya sistemi yaradılıb, onun istifadəçiləri üçün "http://www.yoxlama.gov.az/" internet ünvanında vahid portal yerləşdirilib.
Reyestrin məlumat bazasının formalaşdırılması məqsədilə Vergilər Nazirliyinin müvafiq informasiya sistemi ilə qarşılıqlı inteqrasiya əsasında sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydə alınmış bütün hüquqi və fiziki şəxslər barədə qanunvericiliklə müəyyən olunmuş məlumatların əldə edilməsi və daim təzələnməsi təşkil edilib".
HƏQİQƏT
Yoxlamaların vahid məlumat reyestri üzrə proqram təminatı təkmilləşdirilir
Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri üzrə yaradılan proqram təminatı hazırda təkmilləşdirilməkdədir. "www.yoxlama.gov.az" saytında yerləşdirilən vahid məlumat reyestrində iki bölmənin – "Sahibkarlıq subyektləri" və "Yoxlayıcı orqanlar" üçün ayrıca bölmələrin fəaliyyəti nəzərdə tutulur. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Ədliyyə Nazirliyindən məlumat verilib.Nazirlikdən bildirilib ki, respublikada sahibkarlığın inkişafı üzrə aparılan məqsədyönlü islahatların davamı olaraq, bu sahədə yoxlamaların nizama salınmasına və istehlakçıların hüquqlarının qorunmasına dair tədbirlər ölkə başçısının 2010-cu il 13 aprel və 2011-ci il 15 fevral tarixli fərmanları ilə müəyyən edilib.
Həmin fərmanlara əsasən, aparılan yoxlamaların müasir standartlara uyğun tənzimlənməsi və şəffaflığın təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatların əldə edilməsini mümkün edən vahid məlumat reyestrinin aparılması həvalə olunub, reyestrin forması və aparılması qaydası haqqında Əsasnamə təsdiqlənib: "Qeyd olunan məsələlər Ədliyyə Nazirliyinin kollegiya iclaslarında geniş müzakirə edilərək qarşıda duran vəzifələrin icrası üzrə kompleks tədbirlər müəyyənləşib.
Reyestrin formalaşdırılmasını, aparılmasını, istifadəsini və orada saxlanılan məlumatların mühafizəsini təmin edən qeydiyyat informasiya sistemi yaradılıb, onun istifadəçiləri üçün "http://www.yoxlama.gov.az/" internet ünvanında vahid portal yerləşdirilib.
Reyestrin məlumat bazasının formalaşdırılması məqsədilə Vergilər Nazirliyinin müvafiq informasiya sistemi ilə qarşılıqlı inteqrasiya əsasında sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydə alınmış bütün hüquqi və fiziki şəxslər barədə qanunvericiliklə müəyyən olunmuş məlumatların əldə edilməsi və daim təzələnməsi təşkil edilib".
HƏQİQƏT
Baxış sayı: 2572
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)