12px13px15px17px
Tarix:12/04/12

“Instagram” əlavəsi ən populyar pulsuz proqram olub

Fotoların yaradılması və redaktə edilməsi üçün populyar "Instagram" mobil  əlavəsi "Apple App Store" əlavələr internet mağazasında pulsuz proqramlar reytinqində birinci yerdə qərarlaşıb. Bu barədə proqramın istehsalçıları "Twitter" mikrobloqunda məlumat veriblər.

"İCTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Instagram" əlavəsinin əsas funksiyası digər istifadəçilərlə foto   mübadiləsidir. "Instagram" əlavəsinin veb-versiyası yoxdur, bununla belə, fotoları sosial şəbəkələrdə paylaşmaq mümkündür. Proqramın "Android" əməliyyat sistemi üçün versiyası yalnız aprelin əvvəlində çıxarılıb.

Əlavənin birinci versiyası 2010-cu ilin oktyabrında istifadəyə verilib. Rəsmi statistikaya görə, "Instagram" əlavəsində hər dəqiqə təxminən 2000 insan qeydiyyatdan keçir. Hər gün xidmətə 5 milyondan çox foto yüklənir.

Məlumat üçün bildirim ki, "Facebook" bazar ertəsi "Instagram" xidmətini 1 milyard dollara satın alıb. Analitiklərin fikrinə görə, "Facebook" sosial şəbəkəsi "Instagram" xidmətini 425 milyondan çox insanın istifadə etdiyi şəxsi mobil platformasının gücləndirilməsi üçün satın alıb.
 
EMİL




Baxış sayı: 2264

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024