12px13px15px17px
Tarix:13/04/12

“Eurovision” mövzusunda mobil proqram müsabiqəsi elan olunur

“Hackathon Azərbaycan" layihəsi çərçivəsində təşkilatçılar tərəfindən "oyun içində oyun" adlandırılan "Eurovision" mövzusunda mobil proqram müsabiqəsi elan olunur.  Müsabiqədə “Android” platforması üçün Azərbaycan və ya ingilis dilində yazılan tətbiqlər (Applar) yarışacaq. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Hackathon Azerbaijan”dan məlumat verilib.

Layihə əməkdaşlarının sözlərinə görə, ən yaxşı tətbiq yazmış şəxslər müsabiqənin baş sponsoru “Samsung” şirkətinin nümayəndələri və  layihənin baş meneceri Rəşad Əliyev tərəfindən qiymətləndiriləcək: ”Ən yaxşı tətbiq yazmış qalibə “Samsung Galaxy Tab 10.1” hədiyyə ediləcək.

Bundan əlavə, əgər yazılan layihələr yüksəksəviyyəli olarsa, “Samsung” şirkəti smartfonlarında o tətbiqləri yerləşdirəcək. Bu tətbiqlər smartfonlarda əsas proqramlar siyahısında olacaq. Müsabiqənin nəticələri aprel ayının 22-də elan olunacaq”.

Qeyd edək ki, “Hackathon” – haker neologiyasıdı və proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. “Hackathon”un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramist və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

“Hackathon Azerbaijan” sözügedən hadisəni Azərbaycanda təşkil edən bir layihədir. “Baku Google Technology User Group” tərəfindən yaradılan bu layihənin əsas məqsədi yerli proqramçıların və texnologiya həvəskarlarının öz biliklərini yoxlama, bir-biriləri ilə yarışma, yeni və praktiki biliklər əldə etməsini təmin etməkdir. “Hackathon Azərbaycan” layihəsi çərçivəsində müxtəlif istiqamətlərdə yarışmalar və olimpiadaların təşkili nəzərdə tutulur.
 
HƏQİQƏT





Baxış sayı: 1095

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 May 2019

20 05 2019

20/05/19
“Google” istifadəçilərin satınalmasını izləyir?

“Google” istifadəçilər tərəfindən edilmiş satınalmalar haqqında informasiyanı yadda saxlayır. “CNBC”-nin

20/05/19
Cənubi Koreya hökuməti “Linux” sistemindən istifadəyə başlayacaq

Cənubi Koreya Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin nümayəndələri ölkə hökuməti tərəfindən istifad

20/05/19
Avropa İttifaqında kiberhücumlara sanksiyaların tətbiqi üçün mexanizm hazırlanıb

Avropa İttifaqında miqyaslı kiberhücumlara cavab olaraq sanksiyaların tətbiqinə imkan verən xüsusi mexan

20/05/19
Növbəti nəsil atom saatı yaradılır

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) mütəxəssisləri növbəti nəsil eksperimental atom

20/05/19
“Huawei” smartfonları “Android” sistemini dəstəkləməyəcək

“Google” şirkəti ABŞ Prezidenti Donald Trampın Çinin “Huawei” smartfon istehsalçısının avadanlığından

20/05/19
“Android” sisteminin hələ elan edilmiş versiyasında istifadəyə veriləcək yeni funksiya məlum olub

“Android” əməliyyat sisteminin hazırlanması üzrə məsul şəxs olan “Google” korporasiyasının vitse-prezid

20/05/19
Smartfonun tez sıradan çıxmasına səbəb olan vərdişlər açıqlanıb

Əksər hallarda istifadəçilərin öz hərəkəti smartfonun tez sıradan çıxmasına səbəb olur. Ekspertlər smar