12px13px15px17px
Tarix:13/04/12

Plastik kartlar pensiyaçılara banklar tərəfindən çatdırılacaq

Pensiyaların plastik kartlar vasitəsilə ödənilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən xidmətin keyfiyyətinin yaxşılaşdırılması və bu sahədə şəffaflığın daha da artırılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkənin bütün ödəniş təşkilatları arasında açıq tender keçirib. Tender proseduru Maliyyə, İqtisadi İnkişaf nazirlikləri, Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə 69 lot üzrə keçirilib.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə DSMF-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, tenderdə iştirak edən ödəniş təşkilatları qarşısında bir sıra yeni tələblər qoyulub.

Belə ki, artıq plastik kartların pensiyaçılara çatdırılmasını Dövlət Sosial Müdafiə Fondunun şöbələri yerinə yetirməyəcək, həmin proses bilavasitə tenderdə qalib gəlmiş bankın filialı tərəfindən icra olunacaq: ”Bununla əlaqədar pensiyaçılar  müvafiq ərazi üzrə bank filialına müraciət etməklə öz plastik kartlarını əldə edə bilərlər.

Bank filialı tərəfindən plastik kart şəxsiyyət vəsiqəsi əsasında pensiyaçıya şəxsən və ya onların nümayəndələrinə pensiyaçının bu məqsədlə notarial qaydada təsdiqlənmiş etibarnaməsi əsasında çatdırılacaq”.
 
HƏQİQƏT





Baxış sayı: 1031

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024