12px13px15px17px
Tarix:14/04/12

“iPad” planşeti üçün “Paper” əlavəsi 1.5 milyon dəfə yüklənib

“Apple” şirkətinin “iPad” planşet kompyuteri üçün yaradılmış “Paper” əlavəsi 2 həftə ərzində 1.5 milyon dəfə yüklənib.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, istifadəçilər “Paper” əlavəsi vasitəsilə daxili alətlərdən istifadə edərək planşetinin ekranında şəkil çəkə bilərlər. İstifadəçilər standart olaraq fırçadan istifadə edə bilərlər, lakin müəyyən məbləğ ödəməklə əlavə alətlər əldə etmək mümkündür.

“Paper” əlavəsi pulsuz yayılır və artıq “App Store” mağazasında əlçatandır. Əlavə alətləri əlavəyə quraşdırılmış mağaza vasitəsilə əldə etmək olar.




 
EMİL
 
 
 
 
 




Baxış sayı: 1623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024