12px13px15px17px
Tarix:16/04/12

Qabiliyyət imtahanları üçün audio və videomateriallar hazırlanıb

Xüsusi qabiliyyət imtahanları tələb edən ixtisasları seçmiş abituriyentlər üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yardımçı xidmətlərini davam etdirir. Qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, tapşırıq nümunələri və metodiki tövsiyələr bu il "Abituriyent" jurnalının xüsusi buraxılışı olan "Təsviri sənət", "Musiqi sənəti", "Memarlıq və dizayn", "Teatr, kino və xoreoqrafiya sənəti", "Bədən tərbiyəsi və idman" adlı  vəsaitlərdə çap olunub.

 Həmçinin, TQDK-nın saytında qabiliyyət imtahanları linki - "Aktyor sənəti" və "Rejissorluq" ixtisasları üzrə  audiomaterial, "Bədən tərbiyəsi və idman" istiqamətli ixtisaslar üzrə isə videomaterial yerləşdirilib.

 Bu barədə "İCTnews" elektron xəbər xidmətinə TQDK-dan məlumat verilib. Komissiyadan bildirilib ki, xüsusi qabiliyyət tələb edən ixtisaslara təsviri sənət, musiqi sənəti, memarlıq və dizayn, teatr, kino və xoreoqrafiya sənətləri, bədən tərbiyəsi və idman istiqamətləri daxildir: "Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanları iki mərhələdə keçirilir.

Birinci mərhələdə abituriyentlər test imtahanı verirlər. Test imtahanında topladıqları ümumi balları bu ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər ikinci mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müvəffəqiyyət qazanan abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər".

 Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyent qəbul imtahanlarında iştirak etmək üçün ümumi qaydada elektron ərizəsini rəsmiləşdirməli, öz elektron ərizəsinə daxil olaraq "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni çap etməli,  sonra seçdiyi ixtisasa müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) seçmə turda iştirak etməlidir.

 2012/2013-cü tədris ili üçün qabiliyyət imtahanlarında iştirak etmək üçün seçmə turlar mayın 1-dən mayın 18-dək ali təhsil müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə şəhərlərində, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Şəki şəhərlərində və Ağdam rayonu Quzanlı qəsəbəsində TQDK tərəfindən yaradılmış müvafiq QİK-lərdə keçiriləcək.

 Seçmə turda iştirak etmək üçün abituriyent təsdiq olunmuş elektron ərizəsini, "Qabiliyyət imtahanlarına qeydiyyat vərəqi"ni, şəxsiyyəti təsdiq edən sənədini, seçdiyi ixtisasın xüsusiyyətindən asılı olaraq tələb olunan sənədləri (yaradıcılıq işlərini) QİK-ə şəxsən təqdim etməlidir. Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxla­madan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. 

Komissiyadan qeyd edilib ki, qəbul imtahanlarında iştirak etmək və elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər "Azercell", "Bakcell" və "NAR Mobile" nömrələrindən 7725 nömrəsinə boş SMS göndərməlidirlər: "SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq".


HƏQİQƏT




Baxış sayı: 2520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 May 2018

19 05 2018

19/05/18
47-ci epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə üm&

19/05/18
Stiv Voznyak: “Texnologiyalara görə biz məxfiliyimizi itirmişik”

“Apple” şirkətinin həmtəsisçisi, ixtiraçı Stiv Voznyak texnoloji irəliləyişin misilsiz 

19/05/18
Proqramlaşdırma üçün ən yaxşı noutbuklar açıqlanıb

Ekspertlər proqram tərtibatçısının keyfiyyətli noutbuku üçün tələb olunan texniki xüsusiyyətləri 

19/05/18
“Samsung Galaxy Note 9” smartfonu iyulda təqdim oluna bilər

“Samsung” şirkəti qabaqcıl “Galaxy Note 9” smartfonunu iyulun sonunda təqdim edəcək. Bu barədə 

19/05/18
“Microsoft Office” paketi vasitəsilə haker hücumlarında artım müşahidə olunur

“Kasperski laboratoriyası” antivirus şirkəti “Microsoft Office” proqram təminatında boşluqlar vasitəsilə