Tarix:16/04/12
Sara qatarda da yatıb və yalnız 14 saatdan sonra oyanıb. O, artıq Kəlküttə şəhərində idi. "Mən çox qorxmuşdum, harada olduğumu bilmirdim, yoldan ötənlərə suallar verməyə başladım" – avstraliyalı qeyd edib. O, küçədə dilənçilik etməyə başlayır, müəyyən müddətdən sonra yetimxanaya düşür.
Bundan sonra Avstraliyada yaşayan ailə oğlanı övladlığa götürüb. Hazırda Sara Brayerli Avstraliyada yaşayır.
Sara Brayerli müəyyən müddətdən sonra ailəsini tapmağa qərar verib, lakin o, heç doğma şəhərinin adını bilmirdi. Lakin ağlında doğma şəhərinin təsvirləri qalmışdı və “Google Earth”də axtarış zamanı bu təsvirlərdən istifadə edib.
O, qatarın 14 saat ərzində getdiyi təxmini məsafəni hesablayıb və həmin əraziyə baxmağa başlayıb. O, bu yolla doğma şəhəri Kxandvunu tapıb. Şəhərin yaxınlığında şəlalə yerləşir, mən uşaq vaxtı orda oynayırdım" - Sara Brayerli bildirib.
Avstraliyalı Kxandvu şəhərinə yollanıb və orada ailəsinin evini tapıb. Ev qıfıllanmışdı, lakin qonşular onun anasını tapmağa kömək ediblər. Sara çətinliklə də olsa anasını tanıyıb, çünki qadın çoxlu müsibət yaşayıb. Məlum olub ki, Sara itdikdən sonra onun böyük qardaşı ölüb.
Avstraliyalının başına gələn hadisə ilə naşir və kinoprodüserlərin maraqlandığı qeyd edilir. Onlar film çəkməyə hazırdılar.
EMİL
İnternet 1986-cı ildə itmiş oğlanı 25 ildən sonra anasına qovuşdurub
Hindistanda doğulmuş Avstraliya sakini Sara Brayerli itdikdən 25 il sonra “Google Earth”un köməkliyi ilə anasına qovuşub. O, 1986-cı ildə qardaşı ilə dəmir yolunda süpürgəçi işləyirdi. Günlərin birində stansiyada yatıb. Oyandıqdan sonra yanında qardaşını görməyən oğlan yaxında dayanmış qatara minib və doğma şəhərdən 1,2 min kilometr məsafədə aralanıb.Sara qatarda da yatıb və yalnız 14 saatdan sonra oyanıb. O, artıq Kəlküttə şəhərində idi. "Mən çox qorxmuşdum, harada olduğumu bilmirdim, yoldan ötənlərə suallar verməyə başladım" – avstraliyalı qeyd edib. O, küçədə dilənçilik etməyə başlayır, müəyyən müddətdən sonra yetimxanaya düşür.
Bundan sonra Avstraliyada yaşayan ailə oğlanı övladlığa götürüb. Hazırda Sara Brayerli Avstraliyada yaşayır.
Sara Brayerli müəyyən müddətdən sonra ailəsini tapmağa qərar verib, lakin o, heç doğma şəhərinin adını bilmirdi. Lakin ağlında doğma şəhərinin təsvirləri qalmışdı və “Google Earth”də axtarış zamanı bu təsvirlərdən istifadə edib.
O, qatarın 14 saat ərzində getdiyi təxmini məsafəni hesablayıb və həmin əraziyə baxmağa başlayıb. O, bu yolla doğma şəhəri Kxandvunu tapıb. Şəhərin yaxınlığında şəlalə yerləşir, mən uşaq vaxtı orda oynayırdım" - Sara Brayerli bildirib.
Avstraliyalı Kxandvu şəhərinə yollanıb və orada ailəsinin evini tapıb. Ev qıfıllanmışdı, lakin qonşular onun anasını tapmağa kömək ediblər. Sara çətinliklə də olsa anasını tanıyıb, çünki qadın çoxlu müsibət yaşayıb. Məlum olub ki, Sara itdikdən sonra onun böyük qardaşı ölüb.
Avstraliyalının başına gələn hadisə ilə naşir və kinoprodüserlərin maraqlandığı qeyd edilir. Onlar film çəkməyə hazırdılar.
EMİL
Baxış sayı: 1456
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı