Tarix:17/04/12
İclasda çıxış edən Prezident İlham Əliyev ilin birinci rübünün sosial-iqtisadi yekunları barədə məlumat verərək bildirib ki, 2012-ci il uğurlu başlayıb.
Ölkədə ümumi daxili məhsul 0,5 faiz artıb, qeyri-neft sektorunda bu göstərici 7,7 faiz olub. Ümumi sənaye istehsalı 0,3 faiz azalsa da, sənayedə qeyri-neft sektorunun çəkisi 16,5 faiz artıb. Bu, müstəqillik dövründə rekord göstəricidir.
Artıq sənayeləşmə siyasətinin gözəl nəticələr verdiyini deyən dövlət başçısı makroiqtisadi göstəricilərin müsbət olduğunu, inflyasiyanın cəmi 3,1 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 14 faiz artdığını bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur, icmal büdcə 25 milyard dollardır. Ölkənin strateji xəttinə uyğun olaraq valyuta ehtiyatları artır və cari ilin birinci rübündə bu rəqəm 43 milyard dollardan çoxdur.
Prezident İlham Əliyev yekun nitqində ölkədə nağdsız ödəmələrin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərə keçidin qısa vaxtda bütün dövlət qurumlarında tətbiq olunması ilə bağlı tapşırıqlarını verib.
Dövlət başçısı həmçinin bildirib ki, bu il texnoparkların yaradılması istiqamətində təsirli addımlar atılmalı, kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyalar tətbiq olunmalıdır. " Bu il texnoparkların yaradılması istiqamətində çox təsirli və ciddi addımlar atılmalıdır. Bütün müvafiq göstərişlər verildi, sərəncamlar imzalandı, torpaq sahələri ayrıldı.
Artıq təcrübə də vardır, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir. İndi Gəncədə, Balaxanıda və Sumqayıtda buna oxşar yeni texnoparkların salınması prosesi gedir. Mən hesab edirəm ki, bu il biz artıq konkret işlərə başlamalıyıq. Çünki bütün qanunvericilik, ondan sonra, infrastruktur bazası artıq yerindədir, torpaq sahələri də müəyyən edilibdir.
Bu texnoparkların yaradılmasına biz özəl sektorun dəstəyi ilə nail olacağıq. Ancaq dövlət kredit resurslarını həmin istiqamətə yönəltməlidir ki, özəl sektor bu imkanlardan istifadə etsin. Beləliklə, yerli istehsal daha da güclənəcəkdir. Qeyri-neft sənayemizdə artım indi 16,5 faizdir, daha da artacaqdır. Biz Azərbaycanda sözün əsl mənasında çox güclü qeyri-neft sənayesi yaradacağıq.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu da hesab edirəm ki, indiki zamanda çox aktualdır. İnformasiya təhlükəsizliyi. Biz enerji, ərzaq təhlükəsizliyi haqqında geniş danışırıq. Bu, çox vacibdir. İnformasiya təhlükəsizliyi də indiki dövrdə çox vacibdir.
Çünki mən hesab edirəm ki, bu sahədə hələ çox işlər görülməlidir. Müxtəlif istiqamətlər üzrə işlər görülməlidir. Biz internet dövründə yaşayırıq. Bu, reallıqdır və biz bu reallığa hazırıq. Azərbaycan o ölkələrdəndir ki, burada azad internet vardır. Bunu, bəzən bizi tənqid etmək istəyənlər unutmasınlar.
İnternet istifadəçilərinin sayı getdikcə artır, 50 faizdən çoxdur. Biz indi hər bir kəndə, hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsinə çalışırıq və buna nail olacağıq. Əlbəttə, informasiya təhlükəsizliyi məsələləri daha da çox aktuallaşır. Çünki qlobal informasiya məkanında informasiyalarla bərabər, təxribatlar da kifayət qədər çoxdur. Bu təxribatlar bəzi hallarda açıq, bəzi hallarda məxfi, yəni, gizli xarakter daşıyır.
Bizə qarşı informasiya müharibəsi aparılır. Bu, həqiqətdir. Mən buna tam əminəm, bu barədə iki fikir ola bilməz. Bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə, erməni lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri, ilk növbədə, erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır".
Sonda Prezident İlham Əliyev respublikada gedən uğurlu sosial-iqtisadi islahatların ölkənin müstəqilliyini daha da gücləndirdiyini deyib və bu siyasətin bundan sonra da davam etdiriləcəyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “İnformasiya təhlükəsizliyinin təmin edilməsi çox vacibdir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.İclasda çıxış edən Prezident İlham Əliyev ilin birinci rübünün sosial-iqtisadi yekunları barədə məlumat verərək bildirib ki, 2012-ci il uğurlu başlayıb.
Ölkədə ümumi daxili məhsul 0,5 faiz artıb, qeyri-neft sektorunda bu göstərici 7,7 faiz olub. Ümumi sənaye istehsalı 0,3 faiz azalsa da, sənayedə qeyri-neft sektorunun çəkisi 16,5 faiz artıb. Bu, müstəqillik dövründə rekord göstəricidir.
Artıq sənayeləşmə siyasətinin gözəl nəticələr verdiyini deyən dövlət başçısı makroiqtisadi göstəricilərin müsbət olduğunu, inflyasiyanın cəmi 3,1 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 14 faiz artdığını bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur, icmal büdcə 25 milyard dollardır. Ölkənin strateji xəttinə uyğun olaraq valyuta ehtiyatları artır və cari ilin birinci rübündə bu rəqəm 43 milyard dollardan çoxdur.
Prezident İlham Əliyev yekun nitqində ölkədə nağdsız ödəmələrin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərə keçidin qısa vaxtda bütün dövlət qurumlarında tətbiq olunması ilə bağlı tapşırıqlarını verib.
Dövlət başçısı həmçinin bildirib ki, bu il texnoparkların yaradılması istiqamətində təsirli addımlar atılmalı, kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyalar tətbiq olunmalıdır. " Bu il texnoparkların yaradılması istiqamətində çox təsirli və ciddi addımlar atılmalıdır. Bütün müvafiq göstərişlər verildi, sərəncamlar imzalandı, torpaq sahələri ayrıldı.
Artıq təcrübə də vardır, Sumqayıt Texnoparkı çox gözəl təcrübədir. İndi Gəncədə, Balaxanıda və Sumqayıtda buna oxşar yeni texnoparkların salınması prosesi gedir. Mən hesab edirəm ki, bu il biz artıq konkret işlərə başlamalıyıq. Çünki bütün qanunvericilik, ondan sonra, infrastruktur bazası artıq yerindədir, torpaq sahələri də müəyyən edilibdir.
Bu texnoparkların yaradılmasına biz özəl sektorun dəstəyi ilə nail olacağıq. Ancaq dövlət kredit resurslarını həmin istiqamətə yönəltməlidir ki, özəl sektor bu imkanlardan istifadə etsin. Beləliklə, yerli istehsal daha da güclənəcəkdir. Qeyri-neft sənayemizdə artım indi 16,5 faizdir, daha da artacaqdır. Biz Azərbaycanda sözün əsl mənasında çox güclü qeyri-neft sənayesi yaradacağıq.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu da hesab edirəm ki, indiki zamanda çox aktualdır. İnformasiya təhlükəsizliyi. Biz enerji, ərzaq təhlükəsizliyi haqqında geniş danışırıq. Bu, çox vacibdir. İnformasiya təhlükəsizliyi də indiki dövrdə çox vacibdir.
Çünki mən hesab edirəm ki, bu sahədə hələ çox işlər görülməlidir. Müxtəlif istiqamətlər üzrə işlər görülməlidir. Biz internet dövründə yaşayırıq. Bu, reallıqdır və biz bu reallığa hazırıq. Azərbaycan o ölkələrdəndir ki, burada azad internet vardır. Bunu, bəzən bizi tənqid etmək istəyənlər unutmasınlar.
İnternet istifadəçilərinin sayı getdikcə artır, 50 faizdən çoxdur. Biz indi hər bir kəndə, hər bir yaşayış məntəqəsinə genişzolaqlı internetin çəkilməsinə çalışırıq və buna nail olacağıq. Əlbəttə, informasiya təhlükəsizliyi məsələləri daha da çox aktuallaşır. Çünki qlobal informasiya məkanında informasiyalarla bərabər, təxribatlar da kifayət qədər çoxdur. Bu təxribatlar bəzi hallarda açıq, bəzi hallarda məxfi, yəni, gizli xarakter daşıyır.
Bizə qarşı informasiya müharibəsi aparılır. Bu, həqiqətdir. Mən buna tam əminəm, bu barədə iki fikir ola bilməz. Bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə, erməni lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri, ilk növbədə, erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır".
Sonda Prezident İlham Əliyev respublikada gedən uğurlu sosial-iqtisadi islahatların ölkənin müstəqilliyini daha da gücləndirdiyini deyib və bu siyasətin bundan sonra da davam etdiriləcəyini bildirib.
Baxış sayı: 1380
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet