Tarix:07/07/11
BMT-dən “yaşıl” çağırış
Bəşəriyyətin iqlim dəyişikliyinin faciəli nəticələri və iqtisadi tənəzzül ilə üzləşməməsi üçün “yaşıl” texniki inqilabın vüsət alması mütləqdir. Birləşmiş Millətlər Təşkilatının Xəbərlər Mərkəzinin məlumatına görə, bu haqda BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) Cenevrədəki sessiyasında təqdim edilmiş “Dünyada iqtisadi və sosial vəziyyətin 2011-ci il üçün xülasəsi”ndə deyilir. Tədqiqat müəlliflərinin fikrincə, texniki sahədə kəskin çevriliş olmadan dünya yoxsulluq və aclıq problemi qarşısında aciz qalmaqda davam edəcək. Ekspertlər ekoloji baxımdan təmiz energetik texnologiyalara, kənd və meşə təsərrüfatı sahələrinin səmərəli aparılması üçün dayanıqlı metodlara, tullantıların bioparçalanma qabiliyyətinin yüksəldilməsi üçün iqlimədavamlı infrastrukturun və texnologiyaların yaradılmasına iri investisiyaların yatırılmasına çağırış edib. BMT rəhbərinin müavini Şa Sukan 2050-ci ilədək planetin əhalisinin 2 milyard nəfər artacağını qeyd edərək enerji və ərzağa olan tələbatın yüksələcəyini bildirib. O, dayanıqlı energetika texnologiyalarının hazırlanması və isitfadəsi proseslərinin sürətləndirilməsinin zəruriliyini vurğulayıb. Söhbət enerji sərfiyyatı baxımından daha effektli avtomobil və kompyuterlərin, ekoloji təmiz enerjidən qidalanan qızdırıcı və digər avadanlıqların istehsalından gedir. “İqlim dəyişikliyi tempini nəzərə alsaq, bu transformasiyanı həyata keçirmək üçün elə də çox vaxtımız qalmayıb, cəmi 30 və ya 40 il” - deyə Ş.Sukan bildirib.Baxış sayı: 1189
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet