Tarix:18/04/12
"Əməliyyat sisteminin özəyinin lokallaşdırılması məhsulun necə layihələşdirilməsindən çox asılıdır. Buna rəğmən, şirkətin strategiyası hər bir yeni variantda lokallaşdırılması asan olan məhsulların yaradılmasından ibarətdir", - Prikrılova deyib.
O, həmçinin Azərbaycan hökumətinin əqli mülkiyyət hüququnun müdafiəsi üzrə qanunvericiliyin hazırlanması və tətbiqi prosesində göstərdiyi əhəmiyyətli səyləri qeyd edib.
"Azərbaycan hökuməti ötən il müvafiq saziş imzalayıb, dövlət strukturları isə özlərində yalnız leqal proqram təminatının istifadə edilməsi imkanlarını öyrənir. Azərbaycan hökuməti nəzarət etdiyim MDB ölkələri arasında irəliyə belə böyük addım atan ilk hökumətdir", - Prikrılova deyib.
Onun sözlərinə görə, bir sıra ölkələrdə pirat satışlarının göstərici səviyyəsi olduqca yüksəkdir. Buna görə də şirkət BMT-nin Beynəlxalq ticarət hüququ komissiyasının (UNCITRAL) növbəti hesabatını gözləyir. Hesabat regionda vəziyyətin nə qədər dəyişdiyini göstərəcək. Hələlik isə şirkət Azərbaycan hökumətinin pirat məhsullarının ticarət səviyyəsinin azaldılması üzrə atdığı düzgün addımlara ümidlə baxır.
"Azərbaycanı praktiki olaraq, Balkan ölkələrinin keçdiyi uzun yol gözləyir. Balkan ölkələri bu gün artıq Avropa İttifaqına daxil olmağa hazırlıq yolunda daha fəal fəaliyyətə keçiblər", - Prikrılova vurğulayıb.
"Windows 8" dil interfeysi Azərbaycan dilinə lokallaşdırılacaq
"Windows 8" əməliyyat sisteminin dil interfeysinin Azərbaycan dilinə tam lokallaşdırılması "Windows XP" və "Windows 7"nin lokallaşdırılmasından daha tez həyata keçiriləcək. Bu barədə "Microsoft"un Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Veronika Prikrılova Azərbaycanın texnika və texnologiyalar haqqında "InfoCity" jurnalına müsahibəsində bildirib."Əməliyyat sisteminin özəyinin lokallaşdırılması məhsulun necə layihələşdirilməsindən çox asılıdır. Buna rəğmən, şirkətin strategiyası hər bir yeni variantda lokallaşdırılması asan olan məhsulların yaradılmasından ibarətdir", - Prikrılova deyib.
O, həmçinin Azərbaycan hökumətinin əqli mülkiyyət hüququnun müdafiəsi üzrə qanunvericiliyin hazırlanması və tətbiqi prosesində göstərdiyi əhəmiyyətli səyləri qeyd edib.
"Azərbaycan hökuməti ötən il müvafiq saziş imzalayıb, dövlət strukturları isə özlərində yalnız leqal proqram təminatının istifadə edilməsi imkanlarını öyrənir. Azərbaycan hökuməti nəzarət etdiyim MDB ölkələri arasında irəliyə belə böyük addım atan ilk hökumətdir", - Prikrılova deyib.
Onun sözlərinə görə, bir sıra ölkələrdə pirat satışlarının göstərici səviyyəsi olduqca yüksəkdir. Buna görə də şirkət BMT-nin Beynəlxalq ticarət hüququ komissiyasının (UNCITRAL) növbəti hesabatını gözləyir. Hesabat regionda vəziyyətin nə qədər dəyişdiyini göstərəcək. Hələlik isə şirkət Azərbaycan hökumətinin pirat məhsullarının ticarət səviyyəsinin azaldılması üzrə atdığı düzgün addımlara ümidlə baxır.
"Azərbaycanı praktiki olaraq, Balkan ölkələrinin keçdiyi uzun yol gözləyir. Balkan ölkələri bu gün artıq Avropa İttifaqına daxil olmağa hazırlıq yolunda daha fəal fəaliyyətə keçiblər", - Prikrılova vurğulayıb.
Baxış sayı: 1595
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)