12px13px15px17px
Tarix:07/07/11

Smartfon taliblərin yerini müəyyən edəcək

ABŞ ordusunun kapitanı Conatan Springer “iPhone” üçün taliblərin yerini müəyyən edən proqram hazırlayıb. Kamera, kompas və GPS xəritə vasitəsilə ilə “Tactical Nav” proqramı rəqibin atəş açdığı yerin dəqiq koordinatlarını göstərir. Zabit Əfqanıstanda iki dostunun öldürülməsindən sonra proqram üzərində işləməyə başlayıb. Belə ki, proqramın hazırlanmasına 30 mindən çox pul xərcləyib və “Tactical Nav” proqramını döyüş şəraitində şəxsən yoxlayıb.
Onun sözlərinə görə, o, proqramını Əfqanıstanda Amerika hərbçiləri tərəfindən istifadə olunan rəsmi proqram təminatı ilə paralel olaraq yoxlayıb və proqramın elə də pis olmadığını iddia edib.
Proqram atəş açılan yerin koordinatlarını tez müəyyən etməyə icazə verir və onları komanda mərkəzinə yönəldir.
Springer Əfqanıstanda 101-ci desant diviziyası tərkibində 1 il olduqdan sonra İndiana ştatına, evə qayıdıb və proqramı ABŞ ordusuna satmağa çalışıb, amma rəhbərlik onun hazırlamasına heç bir maraq göstərməyib.
Bu hadisə zabiti çox məyus edib. İndi o, proqramı “App Stor”-də yerləşdirib və satış qiyməti 5,99 dollardır. "Mən onu xərclənmiş pulu qaytarmaq üçün satıram və məni gəlir o qədər maraqlandırmır. Mən bunu əsgərlərin həyatlarının qurtuluşuna görə edirəm" - kapitan Springer bildirib.



Baxış sayı: 1830

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024