Tarix:21/04/12
May ayında “Baku Crystal Hall”da “Eurovision-2012” mahnı müsabiqəsinin 6 möhtəşəm şousu keçiriləcəkdir. Ümumilikdə 42 ölkənin iştirak edəcəyi şouların hər biri özünəməxsus və yaddaqalan olacaqdır. Bakı müsabiqəsində tamaşaçılar bütün konsertlərdə çox maraqlı açılış və interval şouları izləyəcəklər. Bunlardan 3-ü televiziya ilə canlı yayımlanacaq.
eurovision.az saytının məlumatına görə, qeyri-adi səhnə quruluşuna, Avropada ilk dəfə istifadə olunan hərəkətli işıq effektlərinə, ən müasir səs və görüntüyə malik “Eurovision” yarışmasının Bakı şousunda iştirak etmək üçün tamaşaçılar biletləri şəhərimizdəki kassalardan da ala biləcəklər.
Aprelin 23-dən etibarən Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinallarına (22 və 24 may), yarımfinalların əsas məşqlərinə (21 və 23 may) və jüri finalına, yəni final şousunun əsas məşqinə (25 may) biletlərin vauçerlərinin kassa satışına başlanacaq.
Satış paytaxtdakı 6 kassada həyata keçiriləcəkdir. Biletlər adlı olacaq və hər bir bilet müvafiq şəxsin adına sənədləşdiriləcəkdir. Azərbaycan Respublikasının vətəndaşları üçün bilet satışı yalnız şəxsiyyət vəsiqəsi əsasında aparılacaqdır. Bilet satışında 16 yaşına çatmayanların şəxsiyyətini təsdiqləyən sənəd doğum haqqında şəhadətnamə hesab olunur. Azərbaycan Respublikasında yaşayan əcnəbilər üçün bilet satışı xarici pasport əsasında aparılacaq.
Hər bir şəxs maksimum 10 bilet ala bilər. Bu zaman digər şəxslərin də sənədləri təqdim edilməlidir. Biletlərin satışı zamanı ödəmə nağd və kart sistemi ilə, Azərbaycan Respublikasının milli valyutası olan manatla olacaqdır. Alınmış vauçer və ya bilet dəyişdirilə, qaytarıla və ya üçüncü bir şəxsə verilə bilməz.
Xüsusi qoruma nişanı olan bu vauçerlər hər bir şəxsin “Eurovision-2012” mahnı müsabiqəsinin müvafiq şousuna bilet aldığını təsdiqləyir. Kassalarda və ya online sistemlə alınmış vauçerlər may ayının ikinci yarısından etibarən şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletlərə dəyişdiriləcək.
“Eurovision-2012” mahnı müsabiqəsinin iki yarımfinal şousunun biletləri 90-150 manat, onların əsas məşqlərinin biletləri 30-50 manat, jüri finalının biletləri isə 60-100 manat arasındadır.
“Eurovision-2012” mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final şousuna milli kvota üzrə ayrılmış biletlərin isə hamısı satılıb.
Biletlər Heydər Əliyev Sarayının, Azərbaycan Dövlət Opera və Balet Teatrının və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kassalarında, eləcə də “Azərbaycan” kinoteatrının, Hökumət Evinin yanında və Nizami küçəsi, 68 ünvanında yerləşən köşklərdə satılacaq.
“Eurovision-2012” mahnı müsabiqəsinin şoularına vauçerlərin kassa satışı başlanır
Aprelin 23-dən etibarən “Eurovision-2012” mahnı müsabiqəsinin şoularına vauçerlərin kassa satışı başlanacaqdır.May ayında “Baku Crystal Hall”da “Eurovision-2012” mahnı müsabiqəsinin 6 möhtəşəm şousu keçiriləcəkdir. Ümumilikdə 42 ölkənin iştirak edəcəyi şouların hər biri özünəməxsus və yaddaqalan olacaqdır. Bakı müsabiqəsində tamaşaçılar bütün konsertlərdə çox maraqlı açılış və interval şouları izləyəcəklər. Bunlardan 3-ü televiziya ilə canlı yayımlanacaq.
eurovision.az saytının məlumatına görə, qeyri-adi səhnə quruluşuna, Avropada ilk dəfə istifadə olunan hərəkətli işıq effektlərinə, ən müasir səs və görüntüyə malik “Eurovision” yarışmasının Bakı şousunda iştirak etmək üçün tamaşaçılar biletləri şəhərimizdəki kassalardan da ala biləcəklər.
Aprelin 23-dən etibarən Bakı şəhərində “Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinallarına (22 və 24 may), yarımfinalların əsas məşqlərinə (21 və 23 may) və jüri finalına, yəni final şousunun əsas məşqinə (25 may) biletlərin vauçerlərinin kassa satışına başlanacaq.
Satış paytaxtdakı 6 kassada həyata keçiriləcəkdir. Biletlər adlı olacaq və hər bir bilet müvafiq şəxsin adına sənədləşdiriləcəkdir. Azərbaycan Respublikasının vətəndaşları üçün bilet satışı yalnız şəxsiyyət vəsiqəsi əsasında aparılacaqdır. Bilet satışında 16 yaşına çatmayanların şəxsiyyətini təsdiqləyən sənəd doğum haqqında şəhadətnamə hesab olunur. Azərbaycan Respublikasında yaşayan əcnəbilər üçün bilet satışı xarici pasport əsasında aparılacaq.
Hər bir şəxs maksimum 10 bilet ala bilər. Bu zaman digər şəxslərin də sənədləri təqdim edilməlidir. Biletlərin satışı zamanı ödəmə nağd və kart sistemi ilə, Azərbaycan Respublikasının milli valyutası olan manatla olacaqdır. Alınmış vauçer və ya bilet dəyişdirilə, qaytarıla və ya üçüncü bir şəxsə verilə bilməz.
Xüsusi qoruma nişanı olan bu vauçerlər hər bir şəxsin “Eurovision-2012” mahnı müsabiqəsinin müvafiq şousuna bilet aldığını təsdiqləyir. Kassalarda və ya online sistemlə alınmış vauçerlər may ayının ikinci yarısından etibarən şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletlərə dəyişdiriləcək.
“Eurovision-2012” mahnı müsabiqəsinin iki yarımfinal şousunun biletləri 90-150 manat, onların əsas məşqlərinin biletləri 30-50 manat, jüri finalının biletləri isə 60-100 manat arasındadır.
“Eurovision-2012” mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final şousuna milli kvota üzrə ayrılmış biletlərin isə hamısı satılıb.
Biletlər Heydər Əliyev Sarayının, Azərbaycan Dövlət Opera və Balet Teatrının və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kassalarında, eləcə də “Azərbaycan” kinoteatrının, Hökumət Evinin yanında və Nizami küçəsi, 68 ünvanında yerləşən köşklərdə satılacaq.
Baxış sayı: 1027
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet