Tarix:21/04/12
ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, "Smart-kart" tipli sayğacla təchiz edilmiş abonentlərin idarə edilməsini təmin etmək məqsədi ilə Bakı şəhəri üzrə qaz istismar sahələri (QİS) müvafiq proqramla təmin olunmuş, sahə üzrə müvafiq məsul şəxslər seçilib və onlara treninqlər keçirilib.
Bakı şəhəri rayonlarının QİS-ləri ilə yanaşı, Gəncə, Sumqayıt, Ağsu, Hacıqabul, Naftalan, Goranboy, Sabirabad və Göygöl rayonlarında da "smart-kart" tipli sayğacların quraşdırılmasına başlanılmışdır. "Smart-kart" tipli sayğacı olan məcburi köçkün statuslu abonentlərə qanunvericilik çərçivəsində ayrılmış limitlərin kartlara vurulması prosedurası hazırlanmışdır. Aparılmış tədbirlər nəticəsində aprelin 1-ə ölkə üzrə 345 min 912 "smart-kart" tipli sayğac quraşdırılmışdır.
Qeyd edək ki, respublikada quraşdırılan "smart-kart" tipli sayğaclar Fransanın "İTRON" şirkətinin istehsalıdır. Bu tip sayğacların əsas xüsusiyyəti əhalinin öncədən ödəniş etməklə qaz təchizatının təmin olunmasıdır.
Sayğaclar qaz sərfiyyatını dəqiq hesablamaqla yanaşı, müvəqqəti istifadə üçün 1 manat (10 kubmetr) miqdarında kreditin verilməsi, abonentin istəyinə uyğun olaraq dərhal sayğac üzərindən hesabındakı balans haqqında məlumatın verilməsi, qaz təchizatı zamanı öncədən abonentin qaz xəttində sızmanın təyin olunması, mənzildə istifadə olunan cihazların sərfiyyatı, sayğacın göstəricisi qəbul olunan sərfiyyat miqdarından artıq olduqda dərhal klapanın bağlanması, hər hansı bir müdaxilə, qeyri-qanuni qoşulma halları olduqda sayğacın avtomatik olaraq koda düşərək bağlanması və məlumatın müvafiq qaydada bazaya ötürülməsi kimi funksiyaları yerinə yetirir.
"Smart-kart" tipli sayğaclar abonentlərə "Azəriqaz" İB-in, mülkiyyət növündən asılı olmayaraq sahibkarlıq subyeklərinə isə istehlakçının öz vəsaiti hesabına quraşdırılır. Qaz kəmərləri təsdiq olunmuş təlimata uyğun olmadıqda "smart-kart" tipli sayğac quraşdırılmır.
Sayğaclar mənzillərdə quraşdırıldıqdan sonra abonentlər yerli QİS-ə müraciət edərək ilkin ödəniş kartını heç bir ödəniş etmədən ala bilərlər. Müvafiq kart itirildikdə, zədələndikdə və s. səbəblərdən yararsız olduqda "Azəriqaz" İB-in bank hesabına beş manat ödəməklə yerli QİS-dən yeni kart əldə etmək olar.
Mexaniki sayğac "smart-kart" tipli sayğaclarla əvəz olunduqda qalıq borcun ödənişinin həyata keçirilməsi üçün müvafiq borc protokol şəklində abonent və yerli QİS nümayəndəsi tərəfindən təsdiq edilməlidir. Abonent qeyd olunan borcu dərhal bank vasitəsilə müvafiq koduna köçürməlidir.
Müvafiq borcun tam ödənişi mümkün olmadıqda və yaxud abonentin hər hansı bir digər səbəbdən ödəniş etmək imkanı olmadıqda, QİS əməkdaşları bu borcu abonentin xüsusi səhifəsində qeyd edir. Hər dəfə abonentin karta yüklədiyi pulun miqdarından 30 faizi tutularaq, onun borcunun azalması və sonda tam şəkildə borcun ödənilməsi avtomatik olaraq təmin edilir.
Ölkə üzrə 345 min 912 “smart-kart” tipli sayğac quraşdırılıb
ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən qaz itkisinin qarşısının alınması, təbii qazdan istifadənin səmərəliliyinin artırılması və uçotun düzgün aparılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də "smart-kart" (əvvəlcədən ödəniş) tipli qaz sayğaclarının quraşdırılmasıdır.ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, "Smart-kart" tipli sayğacla təchiz edilmiş abonentlərin idarə edilməsini təmin etmək məqsədi ilə Bakı şəhəri üzrə qaz istismar sahələri (QİS) müvafiq proqramla təmin olunmuş, sahə üzrə müvafiq məsul şəxslər seçilib və onlara treninqlər keçirilib.
Bakı şəhəri rayonlarının QİS-ləri ilə yanaşı, Gəncə, Sumqayıt, Ağsu, Hacıqabul, Naftalan, Goranboy, Sabirabad və Göygöl rayonlarında da "smart-kart" tipli sayğacların quraşdırılmasına başlanılmışdır. "Smart-kart" tipli sayğacı olan məcburi köçkün statuslu abonentlərə qanunvericilik çərçivəsində ayrılmış limitlərin kartlara vurulması prosedurası hazırlanmışdır. Aparılmış tədbirlər nəticəsində aprelin 1-ə ölkə üzrə 345 min 912 "smart-kart" tipli sayğac quraşdırılmışdır.
Qeyd edək ki, respublikada quraşdırılan "smart-kart" tipli sayğaclar Fransanın "İTRON" şirkətinin istehsalıdır. Bu tip sayğacların əsas xüsusiyyəti əhalinin öncədən ödəniş etməklə qaz təchizatının təmin olunmasıdır.
Sayğaclar qaz sərfiyyatını dəqiq hesablamaqla yanaşı, müvəqqəti istifadə üçün 1 manat (10 kubmetr) miqdarında kreditin verilməsi, abonentin istəyinə uyğun olaraq dərhal sayğac üzərindən hesabındakı balans haqqında məlumatın verilməsi, qaz təchizatı zamanı öncədən abonentin qaz xəttində sızmanın təyin olunması, mənzildə istifadə olunan cihazların sərfiyyatı, sayğacın göstəricisi qəbul olunan sərfiyyat miqdarından artıq olduqda dərhal klapanın bağlanması, hər hansı bir müdaxilə, qeyri-qanuni qoşulma halları olduqda sayğacın avtomatik olaraq koda düşərək bağlanması və məlumatın müvafiq qaydada bazaya ötürülməsi kimi funksiyaları yerinə yetirir.
"Smart-kart" tipli sayğaclar abonentlərə "Azəriqaz" İB-in, mülkiyyət növündən asılı olmayaraq sahibkarlıq subyeklərinə isə istehlakçının öz vəsaiti hesabına quraşdırılır. Qaz kəmərləri təsdiq olunmuş təlimata uyğun olmadıqda "smart-kart" tipli sayğac quraşdırılmır.
Sayğaclar mənzillərdə quraşdırıldıqdan sonra abonentlər yerli QİS-ə müraciət edərək ilkin ödəniş kartını heç bir ödəniş etmədən ala bilərlər. Müvafiq kart itirildikdə, zədələndikdə və s. səbəblərdən yararsız olduqda "Azəriqaz" İB-in bank hesabına beş manat ödəməklə yerli QİS-dən yeni kart əldə etmək olar.
Mexaniki sayğac "smart-kart" tipli sayğaclarla əvəz olunduqda qalıq borcun ödənişinin həyata keçirilməsi üçün müvafiq borc protokol şəklində abonent və yerli QİS nümayəndəsi tərəfindən təsdiq edilməlidir. Abonent qeyd olunan borcu dərhal bank vasitəsilə müvafiq koduna köçürməlidir.
Müvafiq borcun tam ödənişi mümkün olmadıqda və yaxud abonentin hər hansı bir digər səbəbdən ödəniş etmək imkanı olmadıqda, QİS əməkdaşları bu borcu abonentin xüsusi səhifəsində qeyd edir. Hər dəfə abonentin karta yüklədiyi pulun miqdarından 30 faizi tutularaq, onun borcunun azalması və sonda tam şəkildə borcun ödənilməsi avtomatik olaraq təmin edilir.
Baxış sayı: 2465
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet