12px13px15px17px
Tarix:07/07/11

“Windows 8”-in beta versiyası tezliklə təqdim olunacaq

Əgər mənbələrə inansaq, “Microsoft” növbəti əməliyyat sistemi – “Windows 8”-in ictimai beta-versiyasını 2012-ci ilin yanvar ayının əvvəlində təqdim edəcək. Məhz o zaman Stiv Ballmer onu rəsmən Las-Veqasda CES-də çıxışında təqdim edəcək.
“Windows 8” əməliyyat sisteminin ilk beta-versiyası bir qədər tez, sentyabr ayında BUILD istehsalçılarının konfransında təqdim ediləcək.
Həmçinin çıxış vaxtı “Microsoft” rəhbərinin “Windows 8” ilə işləyən və həm ARM, həm də “İntel” platformasından olan planşetləri nümayiş etdirəcəyi gözlənilir.
Qeyd edək ki, “Microsoft” şirkəti daim CES vasitəsilə ən əhəmiyyətli yeniliklərini bildirir. Məsələn, “Windows 7” məhz “CES 2009” çərçivəsində təqdim edilib.



Baxış sayı: 1229

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024