12px13px15px17px
Tarix:23/04/12

İlk populyar “ev” kompyuterinin 30 yaşı tamam olub

İlk populyar "ev" kompyuterinin 30 yaşı tamam olub. 1982-ci il aprelin 23-də İngiltərənin "Sinclair Research" şirkəti "ZX Spectrum" adlı 8 mərtəbəli  kompyuter yaradıb.

1980-ci illərin əvvəllərində "ZX Spectrum" Avropada ən populyar kompyuterlərdən biri idi, onun çoxsaylı oxşarları isə 1990-cı illərin əvvəllərində keçmiş SSRİ/MDB ərazisində geniş populyarlıq qazandı.












Kompyuterin qiyməti ucuz idi və bunun sayəsində ilk 17 ay ərzində 1 milyondan çox "ZX Spectrum" kompyuteri satılmışdı.

Kompyuterin qiymətinin ucuz olması bir sıra amillərlə bağlı idi:"

Uncommitted Logic Array" (ULA) texnologiyasından istifadə edilməsi nəticəsində sxemin çox hissəsi bir çipdə yerləşdirilmişdi;

Kompyuterin texniki xüsusiyyətləri o zamanın bahalı kompyuterləri ilə müqayisədə aşağı idi;

Monitor kimi televizordan və xarici daşıyıcı kimi isə maqnitofondan istifadə edilmişdi.
"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən  bildirir ki, "Sinclair ZX Spectrum" kompyuteri 1982-ci ilin aprelində iki   variantda (16 və 48 KB əməli yaddaş) təqdim edilmişdi.


EMİL




Baxış sayı: 1003

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024