Tarix:24/04/12
Pos-terminalların quraşdırılması işlərini həyata keçirən əməkdaşlar elektron ərizələrin daha çevik göndərilməsi üçün bütün zəruri proqramlarla və internet rabitəsi ilə təchiz edilib. Bu, istənilən obyektdə pos-terminalın quraşdırılması zamanı müvafiq bankda cari manat hesabının açılması üçün vergi orqanına ünvanlanmış elektron ərizənin operativliyini təmin edir”.
“İCTnews” elektron xəbər xidməti məlumat verir ki, Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin məlumatına görə, bu fikirləri pos-terminal və nəzarət-kassa aparatlarının tətbiqinə və istifadəsinə nəzarətin həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılmış xüsusi qərargahın növbəti iclasında Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov səsləndirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi ilə prosessinq mərkəzləri arasında sürətli elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün zəruri proqramlar sistemə yüklənib və pos-terminalların vergi orqanlarında onlayn qeydiyyata alınması təmin olunub. Artıq nəqliyyat sektorunda da pos-terminalların quraşdırılmasına başlanmış, taksilərdə, eləcə də “London Taksi TX4” avtomobillərində pos-terminalların quraşdırılması işləri sürətlə davam etdirilir.
İ.Əhmədov, həmçinin bildirib ki, hazırda respublikamızın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə pos-terminalların quraşdırılması təmin edilir.
Respublika üzrə 20 min 138 obyektdə 22 min 611 pos-terminal aktiv fəaliyyət göstərir ki, bunun da 93,6 faizi Bakı şəhərinin ərazisindədir. Bakı şəhərinin mərkəzi rayonlarında, o cümlədən Səbail, Nəsimi və Yasamal rayonlarında pos-terminal quraşdırılmalı obyektlərin 90%-də artıq bu proses yekunlaşıb.
“Pos-terminalların qurulması prosesində ölkə bankları da aktivlik nümayiş etdirirlər."Azərbaycan Beynəlxalq Bankı", "Texnikabank", "Dəmirbank", "Atabank" və "Bank standart" kommersiya bankları aktiv pos-terminalları olan bank ekvayerlərin siyahısına başçılıq edirlər”,- deyə İ.Əhmədov qeyd edib.
CAHANGİR
Əhali ilə nağdsız hesablaşmaların aparılması sürətləndirilir
“Əhali ilə nağdsız hesablaşmaların aparılması istiqamətində görülən işlərin qısa müddət ərzində başa çatdırılması məqsədilə bu işə əlavə qüvvələr cəlb edilib. Pos-terminalların quraşdırılması ilə bağlı Vergilər Nazirliyinə həvalə olunmuş əsas vəzifə, yəni qeydiyyat məsələlərinin ən qısa zamanda həlli məqsədilə də bütün zəruri işlər görülüb.Pos-terminalların quraşdırılması işlərini həyata keçirən əməkdaşlar elektron ərizələrin daha çevik göndərilməsi üçün bütün zəruri proqramlarla və internet rabitəsi ilə təchiz edilib. Bu, istənilən obyektdə pos-terminalın quraşdırılması zamanı müvafiq bankda cari manat hesabının açılması üçün vergi orqanına ünvanlanmış elektron ərizənin operativliyini təmin edir”.
“İCTnews” elektron xəbər xidməti məlumat verir ki, Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin məlumatına görə, bu fikirləri pos-terminal və nəzarət-kassa aparatlarının tətbiqinə və istifadəsinə nəzarətin həyata keçirilməsinin təmin edilməsi məqsədilə yaradılmış xüsusi qərargahın növbəti iclasında Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov səsləndirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi ilə prosessinq mərkəzləri arasında sürətli elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün zəruri proqramlar sistemə yüklənib və pos-terminalların vergi orqanlarında onlayn qeydiyyata alınması təmin olunub. Artıq nəqliyyat sektorunda da pos-terminalların quraşdırılmasına başlanmış, taksilərdə, eləcə də “London Taksi TX4” avtomobillərində pos-terminalların quraşdırılması işləri sürətlə davam etdirilir.
İ.Əhmədov, həmçinin bildirib ki, hazırda respublikamızın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə pos-terminalların quraşdırılması təmin edilir.
Respublika üzrə 20 min 138 obyektdə 22 min 611 pos-terminal aktiv fəaliyyət göstərir ki, bunun da 93,6 faizi Bakı şəhərinin ərazisindədir. Bakı şəhərinin mərkəzi rayonlarında, o cümlədən Səbail, Nəsimi və Yasamal rayonlarında pos-terminal quraşdırılmalı obyektlərin 90%-də artıq bu proses yekunlaşıb.
“Pos-terminalların qurulması prosesində ölkə bankları da aktivlik nümayiş etdirirlər."Azərbaycan Beynəlxalq Bankı", "Texnikabank", "Dəmirbank", "Atabank" və "Bank standart" kommersiya bankları aktiv pos-terminalları olan bank ekvayerlərin siyahısına başçılıq edirlər”,- deyə İ.Əhmədov qeyd edib.
CAHANGİR
Baxış sayı: 1032
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet