12px13px15px17px
Tarix:25/04/12

Yeni radar şübhəli şəxsləri izləyəcək

Kaliforniya Universitetinin alimləri ərazini və insanların şübhəli hərəkətlərini skan etməyə imkan verən yeni yüksək intellektli radar sistemi hazırlayıblar. Radar gizlənmək istəyən və nə isə gizlətmək istəyən insanı 85% dəqiqliklə müəyyən edir.

Müşahidə kameralarından fərqli olaraq, radar divarların arasından əla "görür" və insan getdiyini, qaçdığını və ya hətta süründüyünü müəyyən etməyə qadirdir.

"İCTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, alimlər yeni sistemi kamera ilə birgə aeroport, vağzal və s. kimi mühüm obyektlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün istifadə etməyi təklif edir.



 
EMİL
 



Baxış sayı: 825

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024