12px13px15px17px
Tarix:07/07/11

“Skype” istifadəçiləri 1 ayda 300 milyon dəqiqə danışır

“Skype” videozəng funksiyasının “Facebook”a inteqrasiyasına həsr edilmiş konfransda çıxış edən “Skype” şirkətinin rəhbəri Toni Beyts bildirib ki, istifadəçilərin ay ərzində etdikləri videozənglərin müddəti 300 milyon dəqiqə təşkil edir. “Skype”ın bütün trafikinin yarısı məhz videozənglərdir. "Biz səbirsizliklə “Facebook” platformasında “Skype” vasitəsilə videozənglərin işə salınmasını gözləyirik. Bizim üçün bu, biznes inkişafında çox əhəmiyyətli addımdır. Bu gün biz şəbəkədə “Skype”ın pullu xidmətlərini necə istifadəyə vermək haqqında çox fikirləşirik" - Toni Beyts bildirib.
Qeyd edək ki, daha əvvəl, 2010-cu ilin dekabrında, “Skype” videozənglərin messencer trafikinin yalnız 40%-ni təşkil etdiyini bildirib.
Mashable həmçinin xatırladıb ki, “Skype” vasitəsilə zəngləri təşkil edən ilk sosial şəbəkə “MySpace” olub. 2007-ci ilin dekabrında sosial şəbəkə “MySpace” IM vasitəsilə səs əlaqə xidmətini istifadəyə verib. O zaman bu yenilik geniş yayılmayıb.
“Skype”ın bu ğün 170 milyon aktiv və 663 milyon qeydiyyatdan keçmiş istifadəçisi var.



Baxış sayı: 2285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024