Tarix:26/04/12
Bununla əlaqədar texnologiyalar dünyasını dəyişdirmiş 10 insan haqqında məlumat veriləcək.
Stiv Cobs
Hərçənd ki Stiv Cobs İT dünyasının bir çox sferalarına təsir göstərib, lakin bu gün o, daha çox mobil qurğular sənayesini kökündən dəyişmiş insan kimi tanınır. “iPhone” bir neçə il ərzində ən populyar smartfon oldu.
“iPhone” smartfonundan 3 il sonra istehsal edilmiş “iPad” planşet kompyuteri böyük uğur qazandı.
Mobil əlavələrin qazandığı uğuru bu yaxınlarda imzalanmış saziş də təsdiq edir: “Facebook” sosial şəbəkəsi yalnız smartfonlarda işləyən “Instagram” mobil xidmətini satın almaq üçün 1 milyard dollarından keçdi.
Martin Kuper
“Motorola” şirkətində çalışan Martin Kuper ilk mobil telefonun yaradıcısı sayılır. 1973-cü ilin aprel ayında ilk simsiz zəng həyata keçirən Martin Kuperin birinci mobil telefonunun çəkisi 1 kiloqram olub, akkumulyatoru isə cəmi 20 dəqiqə danışıq üçün kifayət edib.
Hazırda mobil telefonlar vasitəsilə yalnız danışmaq deyil, həm də videozənglər etmək, sosial şəbəkələrdə əlaqə saxlamaq və s. mümkündür.
Bill Qeyts
Bill Qeyts – İT dünyasının ən məşhur nümayəndələrindən biridir. Nəzərə alsaq ki, o, uzun illər ardıcıl olaraq planetin ən zəngin insanı adına layiq görülüb, o zaman burda təəccüblü heç nə yoxdur.
O, proqram nəhəngi olan “Microsoft” korporasiyasının həmtəsisçisidir.
Robert Noys
“İntel” korporasiyasının həmtəsisçisi olan Robert Noys təxminən 40 il bundan əvvəl dünyaya “İntel 4004” mikroprosessorunu bəxş etmiş mühəndislər qrupuna rəhbərlik edib.
Məlumat üçün bildirim ki, “İntel 4004” mikroprosessoru “Busicom” kalkulyatorlarının istehsalçısının sifarişi üzrə hazırlanıb və “İntel” korporasiyası sonradan bu inqilabi məhsul üzərində lisenziya hüququ əldə edib.
Vinton Serf
Ümumdünya şəbəkəsinin yaradılması insanların informasiya mübadiləsi və axtarış imkanları, həmçinin əlaqə üsulları haqqında təsəvvürlərini alt-üst etdi. Vinton Serf haqlı olaraq "internetin ataları”ndan biri hesab edilir. O, 1970-ci illərdə Robert Kanla birgə ilk əvvəl “ARPANET” şəbəkəsi üzərində çalışmış, daha sonra “TCP/IP” protokolunun spesifikasiyalarını yaradıb. Məlumat üçün bildirim ki, “ARPANET” şəbəkəsi 1983-cü ildən İnternet adlanmağa başlayıb.
Vinton Serf öz “körpə”sini inkişaf etdirdi və sonralar “ICANN” korporasiyasının yaradılmasında mühüm rol oynadı. 2005-ci ildə “Google”-un vitse-prezidentu olub.
Mark Sukerberq
Artıq məlumdur ki, insanların bir-birləri ilə əlaqə saxlamaları üçün texnologiyanı Vinton Serf yaradıb. Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un banisi Mark Sukerberq isə bu əlaqəni tamamilə yeni səviyyəyə qaldırdı.
Sukerberq “Facebook” sosial şəbəkəsini 2004-cü ildə, Harvard Universitetində təhsil aldıqda yaradıb və resurs ilk əvvəl yalnız bu ali məktəbin tələbələri üçün nəzərdə tutulmuşdu. Hazırda isə sosial şəbəkə istifadəçilərinin sayı 1 milyarda çatıb.
Serqey Brin və Larri Peyc
1998-ci ildə Larri Peyc və Serqey Brin tərəfindən yaradılmış “Google” şirkəti hazırda dünyada ən böyük onlayn-axtarış sisteminə malikdir. “Google” müntəzəm yenilənmə nəticəsində lider mövqeyini əldən vermir.
Peyc və Brin bir sıra mükafatlara layiq görülüblər.
Onlar hazırda “Forbes” jurnalının tərtib etdiyi milyarderlərin dünya reytinqində 24-cü yerdə qərarlaşıblar. Hər birinin varidatı 18,7 milyard dollar təşkil edir.
Şon Fanninq
18 yaşlı tələbə Şon Fanninq 1999-cu ildə dünyada “Napster” adlı ilk fayl mübadiləsi yaradaraq media industriyada inqilab etdi.
Fanninq “mp3” formatında olan musiqinin yüklənməsi və köçürülməsi üçün proqramı gələcək İT biznesmeni Şon Parker ilə birgə hazırladı. “Napster” layihəsi böyük ajiotaj yaratmışdı; şəbəkənin auditoriyası bir neçə gün ərzində 15 min istifadəçiyə qədər artdı. Nəticədə Şon Fanninq universiteti tərk etdi və tamamilə layihəsi ilə məşğul olmağa başladı.
Lakin 2001-ci ildə Şon Fanninq müəllif hüququnun pozulması haqqında verilmiş iddialara görə “Napster” layihəsini bağlamalı oldu.
Cimmi Uels
Məktəblilər, tələbələr və hər şeylə maraqlanan insanlar müasir dünyanı pulsuz onlayn ensiklopediya olan “Wikipedia”-sız təsəvvür edə bilməzlər. “Wikipedia”-nın həmtəsisçisi Cimmi Uelsdir.
Məlumat üçün bildirim ki, resurs 2001-ci yaradılıb.
Riçard Stallman
Riçard Stallman qeyri-adi fikirləri ilə məşhurdur. Məhz o, Stiv Cobsun ölümünə sevinən yeganə İT ulduz idi.
Stallman azad proqram təminatının fəalıdır.
EMİL
Texnologiyalar dünyasını dəyişdirmiş 10 insan
Bu gün, aprelin 26-da qeyd edilən beynəlxalq əqli mülkiyyət günü 2012-ci ildə yenilikçi şəxslərə, bütün bəşəriyyət üçün yeni üfüqlər açmış şəxslərə həsr edilib.Bununla əlaqədar texnologiyalar dünyasını dəyişdirmiş 10 insan haqqında məlumat veriləcək.

Baxış sayı: 683
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı