Tarix:08/07/11
“Entertainment Software Association” hesabatında göstərilən daha bir maraqlı statistika: kişi cinsindən olan oyun həvəskarları qadın cinsindən olanlardan daha çoxdur, lakin fərq bir neçə il əvvəlki kimi elə də böyük deyil: indi kişi oyun həvəskarları 58% və qadın isə 42% təşkil edir.
Kişilər daha çox oyun həvəskarıdır
“Entertainment Software Association” təşkilatı “İpsos MediaCT” şirkətinə tədqiqat aparmağı sifariş edib. Tədqiqatın mahiyyəti müasir qeymerlərin (oyun həvəskarlarının) orta yaşını müəyyən etmək olub. Oyun sənayesinin liderlərinə lazım olacaq tədqiqat haqqında hesabat ESA-nın illik məruzəsində dərc edilib. “İpsos MediaCT” tərəfindən keçirilmiş sorğuda 1200 insan iştirak edib. 2011-ci ildə oyun həvəskarının orta yaşının 37 olduğu müəyyənləşib. Bu, əksər insanların boş vaxtlarını videooyunlara sərf etdiyini göstərir. Respondentlərin 18%-i 18 yaşa qədər, 53% 18 yaşdan 49 yaşa qədər və 23%-i 50 yaşdan yuxarı olub. Statistik məlumatlar orta yaşın ildən-ilə artdığını göstərir. Bundan nəticə çıxartmaq olar ki, videooyunlar artıq yalnız uşaq əyləncəsi deyil. Oyunlar artıq film və musiqi ilə bir pillə qalxıb.“Entertainment Software Association” hesabatında göstərilən daha bir maraqlı statistika: kişi cinsindən olan oyun həvəskarları qadın cinsindən olanlardan daha çoxdur, lakin fərq bir neçə il əvvəlki kimi elə də böyük deyil: indi kişi oyun həvəskarları 58% və qadın isə 42% təşkil edir.
Baxış sayı: 992
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı