Tarix:02/05/12
Yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının direktorları, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Milli Məclisinin nümayəndələri, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan digər məsul şəxslər iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan AMEA prezidenti akademik Mahmud Kərimov uğurla yola saldığımız 2011-ci ilin ölkəmizin həyatında əlamətdar hadisələrlə zəngin olduğunu, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün böyük təntənə ilə qeyd edildiyini, ölkəmizdə irimiqyaslı quruculuq işləri və nəhəng infrastruktur layihələrin həyata keçirildiyini, respublikamızın davamlı inkişafını təmin edən bütün sahələrdə, o cümlədən elm sahəsində böyük uğur və nailiyyətlərin əldə edildiyini qeyd edib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev elm sahəsinə, alimlərə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq 2011-ci ildə Azərbaycanda elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanması, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması istiqamətlərində bir sıra mühüm qərarlar qəbul edib.
Bütövlükdə ölkə başçısının AMEA-ya, elm, təhsil və mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğı Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətinə müsbət təsir göstərib, elmin inkişafı üzrə Milli Strategiyanın uğurla həyata keçirilməsini daha da sürətləndirib.
Çıxışının sonunda ölkə başçısının Azərbaycan elminin inkişafı naminə atdığı bütün addımların respublikamızın elmi ictimaiyyəti tərəfindən böyük minnətdarlıq və razılıq hissi ilə qarşılandığını söyləyən M.Kərimov bildirib ki; "Dövlət başçısının elm sahəsinə, o cümlədən Milli Elmlər Akademiyasına göstərdiyi diqqət və qayğıya cavab olaraq biz də öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə və əzmlə yerinə yetirəcək, dövlət maraqlarını hər şeydən üstün tutaraq öz elmi fəaliyyətimizi ölkəmizin sosial-iqtisadi inkişafı, milli dövlətçiliyimizin möhkəmləndirilməsinə həsr edəcəyik!"
AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev AMEA-nın 2011-ci ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat məruzəsi ilə çıxış edib.
O, 2011-ci ildə AMEA-nın fəaliyyətini "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın yerinə yetirilməsi istiqamətinə yönəltdiyini diqqətə çatdırıb.
V.Fərzəliyev bildirib ki, 2011-ci ildə AMEA-nın elmi müəssisələrində 157 problemin 485 mövzusu üzrə 1427 elmi-tədqiqat işi aparılıb, 150-dən yuxarı mühüm elmi nəticə alınıb. 61 elmi-tədqiqat işinin nəticələrinin tətbiq edilməsi üçün tədbirlər həyata keçirilib, onlardan 37-nin tətbiqi başa çatmışdır.
AMEA-nın elmi müəssisələrində 145 qrant, 71 patent alınmış, alimlərimiz tərəfindən 450-yə yaxın kitab, 6000-dən yuxarı məqalə və tezis, o cümlədən 1930-a qədər məqalə xaricdə çap etdirilib. Bu məqalələrin 160-dan çoxu İmpakt Faktorlu jurnallarda dərc edilib.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev illik hesabatla bağlı çıxışlarda irəli sürülən alimləri narahat edən problemlərin nəzərə alınacağını və onların həlli istiqamətində lazımi addımların atılacağını diqqətə çatdırıb.
Məruzə ilə bağlı müzakirələrdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı, akademiklər Xoşbəxt Yusifzadə, Əhliman Əmiraslanov, Əli Abbasov, Qərib Məmmədov, İsmayıl İbrahimov, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov son zamanlar AMEA-da geniş miqyasda aparılan elmi-tədqiqat işlərindən, əldə olunan nəticələrdən və onların təcrübəyə tətbiqindən söhbət açıblar.
Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun çıxışı
Hörmətli Ramiz müəllim!
Hörmətli Rəyasət Heyətinin üzvləri!
Hörmətli yığıncaq iştirakçıları!
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan Respublikasında bütün sahələrdə olduğu kimi, elmi-tədqiqatların aparılması və nəticələrinin təhlili istiqamətində də böyük uğurlar əldə olunmaqdadır. Mən də digər həmkarlarım kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin fəaliyyətini yüksək qiymətləndirirəm.
AMEA-nın 2011-ci ildəki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabatda qeyd olunduğu kimi, elmi-tədqiqatlar təkcə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yox, həmçinin Akademiyanın Koordinasiyası ilə ali təhsil müəssisələrində və sahə institutlarında da aparılıb.
Bu istiqamətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində də müəyyən işlər görülmüş, elmi-təqdiqatlara, birbaşa büdcədən və qrantlar vasitəsilə dəstək verilmişdir. Həmçinin, universitetlərlə birgə layihələr həyata keçirilmişdir.
Eyni zamanda, son zamanlar özəl sektorda şirkətlər tərəfindən həyata keçirilən elm tutumlu layihələrdə onlara dəstək göstərilir. Qısaca olaraq, bu sahədə alınan nəticələrdən aşağıdakıları qeyd etmək istəyirəm. Nazirliyin Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində iki il bundan öncə "Azərlayt" neftindən alınan karbon nanoborusu, həmçinin 2011-ci ildə əldə olunan nanotexnologiyalar vasitəsilə yeni yüksək keyfiyyətli işıq diodunun alınması bir neçə beynəlxalq ekspertlərin qiymətləndirməsinə görə yeni günəş batareyalarının yaradılması üçün effektiv bir elmi nəticə hesab olunur.
İkinci tərəfdən, bu istiqamətdə son zamanlar Azərbaycan dilinin avtomatik tərcüməsi, səslərin və Azərbaycan nitqinin analizi aparılmaqla ilk dəfə tamamilə səslə işləyən kompyuter işlənib hazırlanmış, eksperimental istehsalı həyata keçirilmişdir. Qeyd edim ki, kompyuterin klaviaturası və monitoru yoxdur.
Bu qurğu, 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinə "Bakutel" sərgisi çərçivəsində nümayiş etdirilmiş, həmçinin 2010-cu ildə BMT-nin Baş katibi Pan Gi Mun Cenevrədə keçirilən beynəlxalq sərgidə cihazı yüksək qiymətləndirmişdir. Yaxın zamanlarda görmə qabiliyyətini itirmiş şəxslərə 100 ədəd bu kompyuterlərdən təqdim olunacaq.
Bu qurğu səsin Azərbaycan dilində təhlili, tərcüməsi, sistematik analizi üçün elmi nəticələr üzərində qurulmuş kompyuterdir. Həmçinin nazirlik Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə Kibernetika, İnformasiya Texnologiyaları institutları ilə aparılan tədqiqatlar, o cümlədən, seysmik siqnalların yeni tipli emalı, seysmik hadisələrin proqnozlaşdırılması istiqamətində aparılan işlərə, onların İKT sektorunda tətbiqinə dəstək verir.
2011-ci ildə bu istiqamətdə aparılan işlərdən biri də Radiasiya İnstitutu ilə nüvə fizikası sahəsində çalışan alimlərə təqaüdlərin verilməsi, həmçinin böyük hadron sürətləndiricisindən alınan məlumatların emalı üçün GRİD sistemi və bir neçə digər məsələləri qeyd etmək olar.
Həmçinin Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Texniki universitetləri, Neft və Aviasiya akademiyaları ilə apardığımız bir neçə işlərin nəticələrini sahə elmləri istiqamətində aparılan nəticələrə aid etmək olar. Bizim Azərbaycan Milli Elmlər Akademiyası ilə əsas əməkdaşlıq istiqamətlərimizdən biri də elmi konfrans və seminarların təşkilidir.
2011-ci ildə nazirlik tərəfindən dəstəklənən 6 beynəlxalq konfrans keçirilmiş, 4-nə isə əlavə dəstək verilmişdir. Burada hörmətli Əhliman müəllim də öz çıxışında akademik Cəlal Əliyevin rəhbərliyi ilə keçirilən bir neçə informasiya və biotexnologiyalar sahəsindəki konfransı qeyd etdi. Belə konfransların təşkili və xaricdə yaşayan alimlərlə keçirilən proqramlar bu əməkdaşlığa bir misaldır.
Bu konfransların içində isə ən çox yaddaqalan 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırığı və Azərbaycan hökumətinin dəstəyi ilə San-Fransisko və Berkli universitetlərilə birgə keçirilən, həmyerlimiz, böyük alim, Lütfi Zadəyə həsr olunmuş beynəlxalq konfransdır. Həmin konfransda Prezident cənab İlham Əliyevin adından "Dostluq" ordeninin professor Lütfi Zadəyə təqdim edilməsi digər alimlərin və Azərbaycan diasporunun də diqqətini cəlb etmiş, və Azərbaycan Prezidentinin bu təltifini yüksək qiymətləndiriblər.
Bildiyiniz kimi, nazirliyin nəzdində İnformasiya-Kommunikasiya Texnologiyalarının İnkişafı Naminə İnsan Resursları Fondu da yaradılmışdır ki, burada əsas məqsəd İKT sahəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrə və alimlərə dəstək göstərməkdir.
2011-ci ildə 86 gəncə və bir neçə universitetə birbaşa, yaxud da müəyyən təqaüdlərin verilməsi ilə dəstək göstərilmişdir. İndi biz 2011-ci ilin nəticələrini müzakirə edirik. Həmişə nəticələri təhlil etmək gələcəyə baxmaqdır və bu, alınan nəticələr üzərində gələcək planların qurulmasıdır.
Belə bir istiqamətdə, fikrimizcə, Azərbaycan elminin gələcək inkişafı üçün ən böyük istiqamət 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiyasının hazırlanmasıdır. Konsepsiyanın əsas hədəfi 2020-ci ilə ümumdaxili məhsulun 2 dəfə artırılması və ən əsası bu artımı qeyri-neft sektorunun hesabına həyata keçirməkdir. Bu istiqamətdə elm və texnologiyaların geniş tətbiqi innovativ və rəqabətə dözümlü iqtisadiyyatın formalaşması vacib məsələdir.
İndi hörmətli akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl işlər görülür, o cümlədən də İKT sektoru üzrə nazirlik və digər qurumlarla birlikdə bir neçə analizlər aparılıb. Bu istiqamətdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2011-ci ildə elmi-tədqiqatların analizi və müəyyən tövsiyələrin hazırlanması istiqamətində olan hesabatları analiz etmişik.
Məlum olur ki, son zamanlar ən çox inkişaf informasiya texnologiyaları sahəsində gedir və ən çox iqtisadi inkişafa dəstək verən bu sahədir. Bunun müxtəlif səbəbləri var. Əsas səbəb kimi bu sahədə elmi-tədqiqatların həyata keçirilməsinə yüksək dəstəyin verilməsi göstərilir. Yəni bu sahədə daha çox elmi-tədqiqatlar maliyyələşdirilir. İnformasiya texnologiyaları üzrə elmi xərclərin 75 faizi Amerika və Yaponiya tərəfindən qoyulur.
Bu dəstəyin əsasən özəl sektor tərəfindən həyata keçirilməsi isə iqtisadi inkişafa elmi dəstəyin perspektiv istiqaməti kimi qiymətləndirilir. Məsələn, keçən il "Microsoft" elmi-tədqiqat xərclərinə təxminən 10 milyard ABŞ dolları ayırıb. Bu məsələləri deməkdə əsas məqsədimiz odur ki, biz indi "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasında analizlər aparıb özümüz üçün müəyyən istiqamətlər hazırlamışıq və burada özəl sektorun inkişafı, innovativ sahibkarlığın inkişafı əsas istiqamətlərdən biridir.
Mən mart ayının 16-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamı xatırlatmaq istəyirəm. Bu Sərəncamda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb və Nazirlər Kabinetinə bu sahədə yeni stimullaşdırıcı təkliflərin hazırlanması tapşırılıb.
Biz bunun üzərində artıq çalışırıq və burada əsas məqsəd elmi tutumlu və innovativ yönümlü məhsul və xidmətlərin istehsalına yönələn layihələrin maliyyələşdirilməsi və xüsusən də bu sahədə özəl sektora dəstək verilməsidir. Bu istiqamətdə vergi, gömrük və digər monitar sahələrdə də müəyyən güzəştlər paketi hazırlanacaq. Bura texnoparkların da yaradılması daxildir.
Artıq, akademik Arif Paşayevin rəhbərliyi, Milli Aviasiya Akademiyası ilə birlikdə belə bir texnoparkın yaradılması üzərində işləyirik. Bütün bunları deməkdə əsas məqsədim odur ki, iqtisadi fəaliyyətlə məşğul olan özəl sektorun, onların innovativliyinin artırılması üçün elmlə praktikanın vəhdətinə, hökumət və özəl sektorun əməkdaşlığının inkişaf etməsinə ehtiyac var. Biz gələcək fəaliyyətimizdə bunu nəzərə alacağıq. Bir daha mən hesabatı müsbət qiymətləndirirəm, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini uğurlu hesab edirəm.
Diqqətinizə görə sag olun!
Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun AMEA-nın illik ümumi yığıncağındakı çıxışı
Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib.Yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvləri, institut və digər təşkilatlarının direktorları, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Milli Məclisinin nümayəndələri, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan digər məsul şəxslər iştirak ediblər.

Baxış sayı: 1251
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet