12px13px15px17px
Tarix:03/05/12

“iPhone” başına bəla oldu

ABŞ-ın İllinois ştatında “iPhone”-u işləmədiyinə görə “911” xilasetmə xidmətini təngə gətirən kişi həbs olunub. 48 yaşlı Maykl Skopek “qaynar xət”də dispetçerə aldığı “iPhone” cihazının düzgün işləmədiyini deyib və “911”-dən başqa heç yerə zəng vura bilmədiyindən şikayət edib.

“Mən telefonu divara vurub sındırmağa hazıram. Sizcə bu normaldır? Xeyr, bu, heç də normal deyil,”- deyə qeydə alınmış danışıqda Skopek dispetçerin üstünə  qışqırıb.

Skopek həbs zamanı polisə müqavimət göstərdiyinə görə məhkəmə tərəfindən 1000 dollar məbləğində cərimələnib. Üstəlik, məhkəmə onun azı 1 il icbari əməyə cəlb olunması haqqında qərar çıxarıb.

Qeyd edək ki, ABŞ-da “911”- xidmətinə qeyri-ciddi məqsədlərlə müraciət edənlər olduqca sərt cəzalandırılır. Xatırladaq ki, təxminən 1 ay əvvəl Tenesi ştatından olan 50 yaşlı qadın “911”-ə hamburgerdən şikayət etdiyinə görə həbs olunmuşdu.
 




Baxış sayı: 515

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024