Tarix:04/05/12
Mərkəz öz işinə mayın 12-də başlayacaq. İş zonası eyni zamanda 900 jurnalistin işi üçün nəzərdə tutulub. Burada 500 kompyuter və 400 natamam iş yerləri mövcuddur. Bütün kompyuterlər yüksəksürətli internetə çıxışa malikdir və printerə qoşulub.
Bütün zona televiziya ekranı ilə təchiz olunacaq və bununla da mətbuat nümayəndələri məşqləri, mətbuat konfranslarını və şounu izləyə biləcəklər.
Mərkəzdə 500 nəfərlik konfrans zalı yerləşir, burada eyni vaxtda 60 operatorun çəkiliş aparmaq imkanı olacaq. Radio müxbirləri üçün isə saundboks ilə işləmək imkanı yaradılıb.
Zona mətbuat konfransları, fotosessiyalar, yarımfinaldan sonra keçiriləcək püşkatmalar, qalibin mətbuat konfransı üçün nəzərdə tutulub. Əvvəlki illərdə olduğu kimi, nümayəndə heyətləri birinci məşqdən sonra mətbuatla görüşün formatını özləri seçə bilərlər. Bu ya təkbətək müsahibə, ya da pərəstişkarlarla görüş ola bilər. İkinci məşqdən sonra bütün ölkələr mətbuat konfransı keçirəcəklər.
SEYMUR
“Eurovision 2012”-ni işıqlandıracaq jurnalistlər üçün 500 kompyuter quraşdırılacaq
Avropa Yayımları Birliyi (EBU) Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsini işıqlandıracaq jurnalistlərin çalışacağı Mətbuat Mərkəzi (MM) ilə bağlı məlumat yayıb. "İCTnews " elektron xəbər xidmətinin əldə etdiyi məlumata görə, “Baku Crystal Hall”ın yanında inşa olunan MM-nin sahəsi 5000 kv.m təşkil edir.Mərkəz öz işinə mayın 12-də başlayacaq. İş zonası eyni zamanda 900 jurnalistin işi üçün nəzərdə tutulub. Burada 500 kompyuter və 400 natamam iş yerləri mövcuddur. Bütün kompyuterlər yüksəksürətli internetə çıxışa malikdir və printerə qoşulub.
Bütün zona televiziya ekranı ilə təchiz olunacaq və bununla da mətbuat nümayəndələri məşqləri, mətbuat konfranslarını və şounu izləyə biləcəklər.
Mərkəzdə 500 nəfərlik konfrans zalı yerləşir, burada eyni vaxtda 60 operatorun çəkiliş aparmaq imkanı olacaq. Radio müxbirləri üçün isə saundboks ilə işləmək imkanı yaradılıb.
Zona mətbuat konfransları, fotosessiyalar, yarımfinaldan sonra keçiriləcək püşkatmalar, qalibin mətbuat konfransı üçün nəzərdə tutulub. Əvvəlki illərdə olduğu kimi, nümayəndə heyətləri birinci məşqdən sonra mətbuatla görüşün formatını özləri seçə bilərlər. Bu ya təkbətək müsahibə, ya da pərəstişkarlarla görüş ola bilər. İkinci məşqdən sonra bütün ölkələr mətbuat konfransı keçirəcəklər.
SEYMUR
Baxış sayı: 973
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet