12px13px15px17px
Tarix:04/05/12

“Xəmsə” Milli intellektual oyunu üzrə final mərhələsi keçirilir

Hazırda Gənclər və İdman Nazirliyi və "Gənclər İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə "Kempinski Hotel-Badamdar" kompleksinin "Qəbələ" zalında "Xəmsə" Milli intellektual oyunu üzrə gənclər arasında V Azərbaycan Çempionatının final mərhələsi keçirilir. Bu barədə "İCTnews" elektron xəbər xidməti nazirliyin rəsmi internet səhifəsinə istinadən məlumat verir.

Çempionatın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. Çempionatın rayon (şəhər) və zona seçim turları aprel ayında keçirilib.  Zona seçim turlarında qalib gəlmiş 16 komanda final mərhələsində iştirak etmək hüququ qazanıb.





CAHANGİR



Baxış sayı: 1055

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024