12px13px15px17px
Tarix:05/05/12

"Windows 8" əməliyyat sistemində quraşdırılmış mediapleyer "DVD" diskləri oxuda bilməyəcək

"Windows 8" əməliyyat sistemində (ƏS) quraşdırılacaq "Windows Media Pleyer" oxuducusu "DVD"-ləri oxuda bilməyəcək. Bu barədə  "Microsoft" korporasiyasının bloqunda məlumat verilib.

Yalnız "Windows Media Center" proqramında "DVD" oxutmaq funksiyası və "TV" tünerin dəstəklənməsi mümkün olacaq. Qeyd edim ki, "Windows Media Center" proqramı ƏS-nin tərkibinə daxil deyil və ayrıca şəkildə satılacaq. Proqramın qiyməti haqqında məlumat verilmir.

"Microsoft" korporasiyası "DVD"-dən imtina etməsini, birincisi, digər şirkətlərə məxsus kodekslərdən istifadəyə görə lisenziya ödənişləri etmək istəməməsi, ikincisi, optik disklərə marağın azalması ilə izah edib. Şirkət qeyd edib ki, istifadəçilər videoya "YouTube", "Hulu" və "Netflix" kimi onlayn-xidmətlərdə baxmağa üstünlük verirlər.

"DVD"-yə kompyuterdə baxmağı planlaşdıran istifadəçilər "Windows Media Center" proqramını satın ala və ya internetdən pulsuz video oxuducusu yükləyə bilərlər.Qeyd edim ki, "Windows 8" əməliyyat sistemi 2012-ci ilin sonuna kimi istifadəyə veriləcək.
 
EMİL




Baxış sayı: 1403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024